Puxaçdan “Sabah”a görə milliyə qayıdış və Urbanla bağlı etiraf: “Ona inanıram”

19.11.26 | 16:18
Ölkə futbolu

“Sabah”ın müdafiəçisi Timoteuş Puxaç Polşa millisinin baş məşqçisi Yan Urbanın gələcəyi və özünün yığmadakı mövqeyi barədə danışıb.
Polşa mətbuatına açıqlama verən 27 yaşlı futbolçu 64 yaşlı mütəxəssisin komandada qalmasını istədiyini bildirib. Onun sözlərinə görə, Urbanın ona göstərdiyi etimad milli komandanın gələcək layihəsinə inamını artırır.
“Bu, mənim qərar verəcəyim məsələ deyil. Açığı, nə baş verəcəyini bilmirəm, əlimdə də heç bir məlumat yoxdur. Baş məşqçi mənə zəng edir, mənə güvənir. Buna görə də mən də onun qurduğu layihəyə inanıram”, – deyə Puxaç “Fakt” nəşrinə müsahibəsində bildirib.
Urbanın gələcəyi Polşa millisinin DÇ-2026-ya vəsiqə qazana bilməməsindən sonra müzakirə mövzusuna çevrilib. Mətbuatda onun Millətlər Liqasındakı nəticələrdən asılı olaraq vəzifəsini itirə biləcəyi barədə iddialar yayılıb. Polşa yığması turnirdə qrupunu üçüncü pillədə başa vuraraq B Liqasında yerini qoruyub. Bununla belə, Polşa Futbol İttifaqı (PZPN) Urbanın gələn il də vəzifəsində qalacağı ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
Xatırladaq ki, Puxaç bu ilin sentyabrında, təxminən ikiillik fasilədən sonra yenidən Polşa millisinə dəvət alıb. “Sabah”dakı uğurlu çıxışı onun yığmaya qayıtmasında mühüm rol oynayıb.
Müdafiəçi Millətlər Liqasında yalnız bir oyunda – sentyabrda İsveçlə səfər qarşılaşmasında (1:3) meydana çıxıb və 65 dəqiqə oynayıb. O, daha çox şans qazanmaq üçün klubda səylə çalışmağa davam edəcəyini bildirib: “Almaniyada keçirilən Avropa çempionatında da heyətdə idim, amma bir dəqiqə belə oynamadım. Futbolda belə hallar olur. Əlbəttə, buna görə məyusam, amma ruhdan düşmürəm. Klubda daha çox çalışacağam və meydana çıxmaq üçün əlimdən gələni edəcəyəm”.
Puxaç milli komandada rəqabətin və vəziyyətin çox sürətlə dəyişdiyini də vurğulayıb. O, nümunə kimi uzun müddət yığmaya çağırılmayan Tomaş Kendzyoranın yenidən diqqət mərkəzinə düşməsini göstərib: “Futbolda hər şey çox tez dəyişir. Uzun müddət millidə oynamayan Tomaş Kendzyora qəfil yenidən diqqət mərkəzinə düşdü. Bir neçə zədə, müxtəlif hadisələr – və birdən özünü meydanda görürsən. Bu gün biri oynayır, sabah başqası. Milli komandada ən vacib məsələlər nəticə və bu formanı geyinməyin qürurunu yaşamaqdır. Amma təbii ki, mən də oynamaq istəyirəm”.

Paylaş:

Xəbər Lenti

Dambrauskas hakimləri tənqid etdi: “Qərarları başa düşmədim”

28.11.26 | 22:53

Maksimov: “Qələbələr qazanmaq üçün heyəti gücləndirməliyik”

28.11.26 | 22:16

“Sabah”dan inamlı qələbə, “Araz-Naxçıvan” isə yenə uduzdu

28.11.26 | 21:23

Messinin “İnter Mayami”si MLS-də titulunu qoruya bilmədi

28.11.26 | 21:56

UEFA FİFA-nı İnfantinoya dəstək üçün təzyiq iddialarını araşdırmağa çağırdı

28.11.26 | 21:43

Mourinyo: “Vinisiusun ehtiyatda qalması onun problemidir, mənim yox”

28.11.26 | 20:48

Azər Məmmədov: “Ən azı bir xala layiq idik”

28.11.26 | 20:06

Berdıyev: “Oyunçularımız xarakter göstərdi”

28.11.26 | 20:07

“Turan Tovuz”dan son dəqiqə qələbəsi:  Qərb derbisində dramatik sonluq

28.11.26 | 20:59

“Turan Tovuz” – “Kəpəz” derbisi, “Sabah” “Araz-Naxçıvan”ı qəbul edir

28.11.26 | 11:19

Hakim futbolçunu yumruqladı: Kubokun finalı qalmaqalla başa çatdı

28.11.26 | 11:40

Tevesin vida matçına ulduzlar axışacaq: Messi də gəlir!

27.11.26 | 23:58

“Suonsi” futbolçusunun çılpaq fotosu qalmaqal yaratdı

27.11.26 | 23:27

Önder Özen: “Bəhanə yoxdur, davam edirik”

27.11.26 | 22:14

Yuri Vernidub: “Azarkeşlər bizi irəli aparan qüvvədir”

27.11.26 | 22:04

Rəşad Sadıqovdan Verniduba irad: “Bəzi sözləri və açıqlamaları ona yaraşdırmıram”

27.11.26 | 22:20

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46