Murat Dikmen: “Gəncə”nin tarix yazdığını düşünürəm”

29.10.26 | 23:47
Digər növlər

“Gəncə” basketbol komandasının baş məşqçisi Murat Dikmen FIBA Avropa Kubokunun IV turunda “Sportinq”ə (Portuqaliya) qarşı qazandıqları 69:67 hesablı qələbəni şərh edib.

Klubun mətbuat xidmətinə açıqlama verən türkiyəli mütəxəssis qələbənin azarkeşlərə həsr olunduğunu bildirib: “İlk növbədə, oyuna gələn bütün azarkeşlərə təşəkkür etmək istəyirəm. Onlar qələbəmizdə mühüm rol oynadılar. Bu qələbəni Gəncəyə həsr edirik.

Avropa Kubokunda debüt etdiyimiz mövsümdə tariximizdə ilk qələbəni qazandıq. Bu, şəxsən mənim üçün çox böyük əhəmiyyət daşıyır. Düşünürəm ki, tarix yazdıq. Oyunçuları, məşqçilər korpusunu, texniki heyəti və klub rəhbərliyini – bu uğurda əməyi olan hər kəsi təbrik edirəm.

Bizi çətin oyunun gözlədiyini bilirdik. Zədəli basketbolçularımız var idi. Komandanın kapitanı Carvis Qarrett də səhhətindəki problemlərə görə iki məşqi buraxmışdı. Buna baxmayaraq, o, bu gün meydana çıxaraq böyük fədakarlıq göstərdi.

Rotasiyamız məhdud olsa da, yerli basketbolçularımızın da səyləri sayəsində layiqli mübarizə apara bildik”.

Paylaş:

Xəbər Lenti

Dambrauskas hakimləri tənqid etdi: “Qərarları başa düşmədim”

28.11.26 | 22:53

Maksimov: “Qələbələr qazanmaq üçün heyəti gücləndirməliyik”

28.11.26 | 22:16

“Sabah”dan inamlı qələbə, “Araz-Naxçıvan” isə yenə uduzdu

28.11.26 | 21:23

Messinin “İnter Mayami”si MLS-də titulunu qoruya bilmədi

28.11.26 | 21:56

UEFA FİFA-nı İnfantinoya dəstək üçün təzyiq iddialarını araşdırmağa çağırdı

28.11.26 | 21:43

Mourinyo: “Vinisiusun ehtiyatda qalması onun problemidir, mənim yox”

28.11.26 | 20:48

Azər Məmmədov: “Ən azı bir xala layiq idik”

28.11.26 | 20:06

Berdıyev: “Oyunçularımız xarakter göstərdi”

28.11.26 | 20:07

“Turan Tovuz”dan son dəqiqə qələbəsi:  Qərb derbisində dramatik sonluq

28.11.26 | 20:59

“Turan Tovuz” – “Kəpəz” derbisi, “Sabah” “Araz-Naxçıvan”ı qəbul edir

28.11.26 | 11:19

Hakim futbolçunu yumruqladı: Kubokun finalı qalmaqalla başa çatdı

28.11.26 | 11:40

Tevesin vida matçına ulduzlar axışacaq: Messi də gəlir!

27.11.26 | 23:58

“Suonsi” futbolçusunun çılpaq fotosu qalmaqal yaratdı

27.11.26 | 23:27

Önder Özen: “Bəhanə yoxdur, davam edirik”

27.11.26 | 22:14

Yuri Vernidub: “Azarkeşlər bizi irəli aparan qüvvədir”

27.11.26 | 22:04

Rəşad Sadıqovdan Verniduba irad: “Bəzi sözləri və açıqlamaları ona yaraşdırmıram”

27.11.26 | 22:20

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46