Flick 2,5 ildir ispan dilini öyrənə bilmir

29.10.26 | 22:48
Dünya futbolu

“Barselona” baş məşqçi Hans-Diter Flikin ispan dilində danışmamasını problem hesab etmir.

Kataloniya klubuna gəlişindən iki il yarımdan çox vaxt keçməsinə baxmayaraq, almaniyalı mütəxəssis mətbuat konfranslarında hələ də ispan dilində danışmır. Bu məsələ klubun fəaliyyətini işıqlandıran jurnalistlərin də diqqətini çəkib.

 “Catalunya Radio”nun “Barça Reservat” proqramında yayımlanan məlumata görə, Flik ispan dilini öyrənməkdə çətinlik çəkir və hələlik fikirlərini bu dildə sərbəst, anlaşıqlı şəkildə ifadə edə bilmir.

Mütəxəssis bu çətinliyi yaşı ilə əlaqələndirir. Fevral ayında 62 yaşı tamam olacaq Flik dil baryerinə görə məyusluq yaşayır. “Bavariya”nın sabiq baş məşqçisinin yerli dildə danışa bilməməsi onun özündə də narazılıq yaradır.

 Bununla belə, “Barselona” rəhbərliyi vəziyyəti ciddi problem hesab etmir. Klubda düşünürlər ki, Flik bir mövsüm ərzində orta hesabla 100-120 mətbuat konfransında iştirak edir. Belə bir şəraitdə ispan dilində danışmaq onun fikirlərini düzgün ifadə etməməsinə, yanlış sözlər seçməsinə və ya dediklərinin səhv anlaşılmasına səbəb ola bilər.

 Hazırda Flikin məşqçilər korpusunda tərcüməçi rolunu Arnau Blanko yerinə yetirir. “Barselona”nın aşağı yaş qruplarında yetişmiş Blanko almaniyalı mütəxəssisin tələblərini və fikirlərini yaxşı anlayır, onları ətrafdakılara dəqiq çatdırmağa kömək edir.

Paylaş:

Xəbər Lenti

Dambrauskas hakimləri tənqid etdi: “Qərarları başa düşmədim”

28.11.26 | 22:53

Maksimov: “Qələbələr qazanmaq üçün heyəti gücləndirməliyik”

28.11.26 | 22:16

“Sabah”dan inamlı qələbə, “Araz-Naxçıvan” isə yenə uduzdu

28.11.26 | 21:23

Messinin “İnter Mayami”si MLS-də titulunu qoruya bilmədi

28.11.26 | 21:56

UEFA FİFA-nı İnfantinoya dəstək üçün təzyiq iddialarını araşdırmağa çağırdı

28.11.26 | 21:43

Mourinyo: “Vinisiusun ehtiyatda qalması onun problemidir, mənim yox”

28.11.26 | 20:48

Azər Məmmədov: “Ən azı bir xala layiq idik”

28.11.26 | 20:06

Berdıyev: “Oyunçularımız xarakter göstərdi”

28.11.26 | 20:07

“Turan Tovuz”dan son dəqiqə qələbəsi:  Qərb derbisində dramatik sonluq

28.11.26 | 20:59

“Turan Tovuz” – “Kəpəz” derbisi, “Sabah” “Araz-Naxçıvan”ı qəbul edir

28.11.26 | 11:19

Hakim futbolçunu yumruqladı: Kubokun finalı qalmaqalla başa çatdı

28.11.26 | 11:40

Tevesin vida matçına ulduzlar axışacaq: Messi də gəlir!

27.11.26 | 23:58

“Suonsi” futbolçusunun çılpaq fotosu qalmaqal yaratdı

27.11.26 | 23:27

Önder Özen: “Bəhanə yoxdur, davam edirik”

27.11.26 | 22:14

Yuri Vernidub: “Azarkeşlər bizi irəli aparan qüvvədir”

27.11.26 | 22:04

Rəşad Sadıqovdan Verniduba irad: “Bəzi sözləri və açıqlamaları ona yaraşdırmıram”

27.11.26 | 22:20

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46