“Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında X tura start veriləcək. İlk oyun günündə turun mərkəzi qarşılaşması keçiriləcək: “Turan-Tovuz” doğma meydanda “Sabah”ı qəbul edəcək.
Qarşılaşma saat 18:30-da Tovuz şəhər stadionunda başlayacaq. Matçı Kamranbəy Rəhimov idarə edəcək.
Turun digər görüşləri qarşıdakı günlərdə keçiriləcək.
31 oktyabr
15:00 “Araz-Naxçıvan” – “Zirə”
Baş hakim: Elvin Bayramov
Şamaxı şəhər stadionu
17:30 “Qəbələ” – “Qarabağ”
Baş hakim: Rəvan Həmzəzadə
Qəbələ şəhər stadionu
1 noyabr
15:00 “Şamaxı” – “Neftçi”
Baş hakim: Tural Qurbanov
Şamaxı şəhər stadionu
17:30 “Kəpəz” – “İmişli”
Baş hakim: Elçin Məsiyev
Gəncə şəhər stadionu
2 noyabr
19:00 “Sumqayıt” – “Şəfa”
Baş hakim: Nicat İsmayıllı SOCAR Polymer Arena, Sumqayıt
| Komanda | O | Q | H | M | T | X |
| Sabah | 8 | 6 | 2 | 0 | 18-1 | 20 |
| Neftçi | 9 | 5 | 3 | 1 | 22-9 | 18 |
| Qarabağ | 8 | 5 | 3 | 0 | 14-7 | 18 |
| Turan-Tovuz | 9 | 4 | 3 | 2 | 8-6 | 15 |
| Zirə | 9 | 4 | 3 | 2 | 12-12 | 15 |
| Kəpəz | 8 | 4 | 2 | 2 | 9-9 | 14 |
| Şamaxı | 9 | 3 | 4 | 2 | 13-11 | 13 |
| İmişli | 9 | 3 | 1 | 5 | 9-14 | 10 |
| Sumqayıt | 8 | 2 | 2 | 4 | 12-13 | 8 |
| Qəbələ | 9 | 2 | 1 | 6 | 5-16 | 7 |
| Şəfa | 9 | 1 | 0 | 8 | 5-17 | 3 |
| Araz-Naxçıvan | 9 | 0 | 2 | 7 | 7-19 | 2 |
Bombardir: B. Almeyda (“Neftçi”) – 8 qol