Ölkə Kubokunda II təsnifat mərhələsinin ikinci oyun günü qol yağışı ilə yadda qalıb. Beş qarşılaşmada qapılara ümumilikdə 33 qol vurulub. “Şəfa” “Ağstafa Gəncləri”ni 9:2, “Şahdağ-Qusar” isə MOİK-i 9:1 hesabı ilə darmadağın edib. Premyer Liqa təmsilçilərindən “Kəpəz”, “İmişli” və “Şamaxı” da mərhələni qələbə ilə başa vurublar.
Azərbaycan Kuboku, II təsnifat mərhələsi
“Kəpəz” – “Bakı Sportinq” – 3:1 (1:1)
Qollar: Abdullayev, 2 (1:0), Babai, 12 (1:1), Əlizadə, 77 (öz qapısına, 2:1), Babayev, 79 (3:1).
“İmişli” – “Qaradağ Lökbatan” – 4:1 (0:1)
Qollar: Əlizadə, 44 (0:1), Nəbiyev, 73 (1:1), Fərəcov, 86 (2:1), 90 (3:1), Kardozu, 90+4 (4:1).
MOİK – “Şahdağ-Qusar” – 1:9 (0:3)
Qollar: Çipesse, 28 (0:1), 45 (0:3), 79 (1:8), Zəngo, 43 (0:2), Səfərov, 46 (1:3), İsayev, 54 (1:4), Baxşalı, 58 (1:5), Dauda, 63 (1:6), 66 (1:7), Əsədov, 81 (1:9).
“Haypers” – “Şamaxı” – 1:5 (0:2)
Qollar: O. Məmmədov, 4 (0:1), Adilxanov, 35 (0:2), Deqo, 60 (0:3), M. Məmmədov, 62 (1:3), İsmayılov, 74 (1:4), Axvlediani, 82 (1:5).
“Şəfa” – “Ağstafa Gəncləri” – 9:2 (8:1)
Qollar: Dansoko, 3 (1:0), 9 (2:0), 28 (6:0), 31 (8:0), Füller, 14 (3:0), Məmmədov, 17 (4:0), 30 (7:0), Qənbərov, 25 (5:0), Qasımov, 44 (penaltidən, 8:1), Əliyev, 61 (8:2), Felipe, 87 (9:2).
II təsnifat mərhələsinin daha iki oyunu oktyabrın 29-da keçiriləcək:
14:00 – “Xankəndi” – “Gəncəbəsər”
Şamaxı, Olimpiya İdman Kompleksinin stadionu. Baş hakim: Mahmud Bağırzadə.
14:00 – “Zəngəzur” – “Karvan-Yevlax”
Bakı, Binə qəsəbə stadionu. Baş hakim: Ceyhun Hüseynov.
Xatırladaq ki, mərhələnin əvvəlki oyunlarında “Şimal” “Araz-Naxçıvan”a 0:6, “Marafon” “Zaqatala”ya 1:0, “Kür-Araz” “Sumqayıt”a 0:11 hesabı ilə uduzub. “Qəbələ” “Mingəçevir”i 3:0 hesabı ilə məğlub edib. “Səbail” – “Zirə” matçının əsas vaxtı 2:2 hesabı ilə başa çatıb, penaltilər seriyasında isə “Zirə” 3:2 hesabı ilə qalib gəlib.
1/8 final mərhələsinin cütləri
“Sabah” – “İmişli”
“Qarabağ” – “Sumqayıt”
“Turan Tovuz” – “Kəpəz”
“Neftçi” – “Şəfa”
“Araz-Naxçıvan” – “Marafon”
“Qəbələ” – “Şahdağ-Qusar”
“Xankəndi” – “Gəncəbəsər” cütünün qalibi – “Şamaxı”
“Zirə” – “Zəngəzur” – “Karvan-Yevlax” cütünün qalibi