“Sabah” – “Slaviya” oyunu öncəsi maraqlı faktlar

13.10.26 | 13:19
Ölkə futbolu

Azərbaycan və Çexiya klubları avrokuboklarda indiyədək 12 dəfə qarşılaşıblar. Bu oyunlarda təmsilçilərmiz qələbə qazanmayıb: 5 heç-heçə və 7 məğlubiyyət. Topların nisbəti 5:23-dür.

1997/98 UEFA Kuboku: “Yablonets” – “Qarabağ” – 5:0, 3:0
2000/01 Çempionlar Liqası: “Slaviya” (Praqa) – “Şəmkir” – 1:0, 4:1
2006/07 UEFA Kuboku: “Kəpəz” – “Slaviya” (Praqa) – 0:2, 0:0
2016/17 Çempionlar Liqası: “Viktoriya” (Plzen) – “Qarabağ” – 0:0, 1:1
2016/17 Avropa Liqası: “Qarabağ” – “Slovan” (Libereç) – 2:2, 0:3
2022/23 Çempionlar Liqası: “Qarabağ” – “Viktoriya” (Plzen) – 0:0, 1:2

Qeyd: Statistikada İntertoto Kubokunun oyunları daxil edilməyib.

* “Sabah” və “Slaviya” rəsmi avrokuboklarda ilk dəfə üz-üzə gələcəklər.

“Sabah” daha əvvəl Çexiya klubları ilə avrokuboklarda qarşılaşmayıb.

* “Slaviya” Azərbaycan təmsilçiləri ilə keçirdiyi 4 avrokubok oyununda məğlub olmayıb: 3 qələbə və 1 heç-heçə.

* Çexiya klubları Azərbaycan təmsilçiləri ilə əvvəlki 12 avrokubok qarşılaşmasında məğlubiyyətlə üzləşməyiblər.

* “Sabah” dörd təsnifat mərhələsini keçərək Çempionlar Liqasının əsas mərhələsinə yüksəlib. Bakı klubu bu yolda “Nyu Seynts”, KuPS, AGF və “Hapoel”i mübarizədən kənarlaşdırıb.

* Çexiya çempionu olduğu üçün “Slaviya” bu mövsüm təsnifat mərhələlərində iştirak etməyib və mübarizəyə birbaşa əsas mərhələdən başlayıb.

* “Slaviya” tarixində dördüncü dəfə Çempionlar Liqasının əsas mərhələsində çıxış edir. Komanda indiyədək pley-off mərhələsinə yüksələ bilməyib.

* Praqa təmsilçisi ötən mövsüm Avropa Liqasının əsas mərhələsində keçirdiyi 8 oyunun heç birində qələbə qazana bilməyib və 36 komanda arasında 34-cü yeri tutub.

* “Sabah” əsas mərhələdəki ilk oyununda “Mançester Yunayted”ə 0:4 hesabı ilə uduzub. Bu, klubun avrokuboklardakı ən böyük məğlubiyyətidir.

* “Slaviya” əsas mərhələdəki ilk oyununda “Lans”a 2:3 hesabı ilə məğlub olub.

* “Sabah” son 7 rəsmi oyunun yalnız birində məğlubiyyətlə üzləşib.

* Masazır təmsilçisi tarixində ilk dəfə avrokubokların əsas mərhələsində iştirak edir. Əvvəlki üç mövsümdə komanda təsnifat mərhələlərində mübarizəni dayandırıb.

* “Sabah” son 6 ev avrokubok matçının 5-də qələbə qazanıb.

* Bakı klubu ötən cümə “Neftçi” ilə Misli Premyer Liqası matçında 0:0 hesablı heç-heçə edib. Bu, komandanın cari çempionatda ilk xal itkisi olub.

* “Sabah” ötən mövsüm tarixində ilk dəfə Azərbaycan çempionu olub. Klub 2017-ci ildə yaradılıb.

* “Slaviya” cari mövsüm keçirdiyi 12 rəsmi oyunun yalnız birində – “Lans”la qarşılaşmada – məğlub olub.

* Praqa klubu 2007-ci ildəki yeganə qələbəsindən sonra Çempionlar Liqasının əsas mərhələsində 20 oyundur qalib gələ bilmir.

* “Slaviya” avrokuboklarda ardıcıl 16 oyundur qələbə qazana bilmir.

* Çexiya təmsilçisi UEFA turnirlərində son 7 səfər oyununda qalib gəlməyib. Bu görüşlərin 6-sında məğlub olub.

* “Slaviya” ötən cümə Çexiya çempionatında “Jlin”i səfərdə 1:0 hesabı ilə məğlub edib. Praqa klubu ölkə çempionatında məğlub olmayan yeganə komanda kimi liderliyini davam etdirir və ən yaxın izləyicisini 6 xal qabaqlayır.

Paylaş:

Xəbər Lenti

Dambrauskas hakimləri tənqid etdi: “Qərarları başa düşmədim”

28.11.26 | 22:53

Maksimov: “Qələbələr qazanmaq üçün heyəti gücləndirməliyik”

28.11.26 | 22:16

“Sabah”dan inamlı qələbə, “Araz-Naxçıvan” isə yenə uduzdu

28.11.26 | 21:23

Messinin “İnter Mayami”si MLS-də titulunu qoruya bilmədi

28.11.26 | 21:56

UEFA FİFA-nı İnfantinoya dəstək üçün təzyiq iddialarını araşdırmağa çağırdı

28.11.26 | 21:43

Mourinyo: “Vinisiusun ehtiyatda qalması onun problemidir, mənim yox”

28.11.26 | 20:48

Azər Məmmədov: “Ən azı bir xala layiq idik”

28.11.26 | 20:06

Berdıyev: “Oyunçularımız xarakter göstərdi”

28.11.26 | 20:07

“Turan Tovuz”dan son dəqiqə qələbəsi:  Qərb derbisində dramatik sonluq

28.11.26 | 20:59

“Turan Tovuz” – “Kəpəz” derbisi, “Sabah” “Araz-Naxçıvan”ı qəbul edir

28.11.26 | 11:19

Hakim futbolçunu yumruqladı: Kubokun finalı qalmaqalla başa çatdı

28.11.26 | 11:40

Tevesin vida matçına ulduzlar axışacaq: Messi də gəlir!

27.11.26 | 23:58

“Suonsi” futbolçusunun çılpaq fotosu qalmaqal yaratdı

27.11.26 | 23:27

Önder Özen: “Bəhanə yoxdur, davam edirik”

27.11.26 | 22:14

Yuri Vernidub: “Azarkeşlər bizi irəli aparan qüvvədir”

27.11.26 | 22:04

Rəşad Sadıqovdan Verniduba irad: “Bəzi sözləri və açıqlamaları ona yaraşdırmıram”

27.11.26 | 22:20

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46