Dambrauskas: “Slaviya” hər an rəqibi cəzalandırmağa hazırdır”

12.10.26 | 22:21
Ölkə futbolu

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas “Slaviya”nın oyun üslubunu özünəməxsus və rəqiblər üçün çətin hesab edir. Litvalı mütəxəssis Çexiya təmsilçisinin yüksək fiziki hazırlığına, fasiləsiz pressinqinə və sürətli hücumlarına diqqət çəkərək, Bakıda uğur qazanmaq üçün komandasının bir an belə diqqətini itirməməli olduğunu bildirib.

UEFA Çempionlar Liqasının əsas mərhələsinin 2-ci turunda “Slaviya” ilə qarşılaşacaq “Sabah”ın baş məşqçisi oyunöncəsi mətbuat konfransında rəqibin güclü tərəflərindən danışıb.

Dambrauskas Praqa klubunun meydanda tətbiq etdiyi oyun modelini yüksək qiymətləndirib: “Slaviya” çox yaxşı oyun üslubuna malik komandadır. Meydanda gördükləri hər işi çox yüksək səviyyədə yerinə yetirirlər. Fiziki baxımdan inanılmaz dərəcədə güclüdürlər. Söhbət sadəcə güc futbolundan getmir. Onlar bütün oyun boyu eyni tempdə çıxış edir, meydanın hər yerində hərəkətdə olur, fasiləsiz pressinq edir və rəqibin hər bir futbolçusuna təzyiq göstərirlər. Bu, həqiqətən də, özünəməxsus oyun üslubudur.

“Sabah”da “Slaviya”nın nümayiş etdirdiyi futbol modelinə çox az rast gəlinir. Baş məşqçi Yindrix Trpişovski uzun müddətdir komanda ilə işləyir, futbolçular da məhz bu sistemə uyğun seçilir. Topu ələ keçirən kimi hücuma keçirlər, üç-beş ötürmə ilə kifayətlənmirlər. Hətta Çexiya çempionatında da yeddi və daha çox ötürmə ilə qurulan hücumlar onlar üçün son seçimdir. Topu qazanan kimi irəli ötürür və hücuma hazır olan futbolçularından yararlanırlar.

Buna görə də son dərəcə diqqətli olmalı, bir an belə konsentrasiyamızı itirməməliyik. Onlar səhvimizi gözləyir və bizi cəzalandırmağa hazırdırlar. Bununla belə, öz güclü tərəflərimizi də bilirik. İnanıram ki, ‘Slaviya’nın zəif nöqtələrini tapa bilərik. Qələbə qazanmaq üçün oyunun hər dəqiqəsində diqqətli olmalı, bir an belə arxayınlaşmamalıyıq. Uğur üçün bir çox amilin üst-üstə düşməsi lazımdır”.

Litvalı mütəxəssis Çempionlar Liqasında rəqib seçmək və hansısa komandanı daha asan hesab etmək fikri ilə razılaşmadığını da bildirib: “Bu turnirdə asan rəqib yoxdur. Mən kiməm ki, püşkatmada hansı komandanın qalib gələcəyini müəyyənləşdirim? İndi rəqibimiz ‘Slaviya’dır və onlar da bizim kimi qələbə qazanmağa çalışacaqlar”.

Dambrauskas Praqa klubunun Çempionlar Liqasındakı uzunmüddətli qələbəsiz seriyasına da toxunub. O, bu amildən daha çox öz komandasının turnirdə yenidən özünü göstərmək istəyini ön plana çəkib: “‘Slaviya’nın 2007-ci ildən bəri Çempionlar Liqasında təxminən 20 oyundur qələbə qazanmadığını bilirik. Onların öz oyun üslubu var, Dortmund ‘Borussiya’sının və ya Madrid ‘Real’ının isə fərqli oyun modeli mövcuddur. Məsələ ‘Slaviya’nın uzun fasilədən sonra qələbə qazanmasını istəməməyimizdə deyil. Ən böyük motivasiyamız yenidən bu səviyyəli turnirdə meydana çıxmaq və özümüzü ən yaxşı tərəfdən göstərmək istəyidir. Təsnifat mərhələsini keçməklə artıq möhtəşəm tarix yazmışıq. İndi də bacarığımızı tam nümayiş etdirmək istəyirik”.

Paylaş:

Xəbər Lenti

“İmişli” baş məşqçisi ilə yollarını ayırdı

13.10.26 | 14:36

“Sabah” – “Slaviya” oyunu öncəsi maraqlı faktlar

13.10.26 | 13:19

Çexiya mediası: “Sabah” “Slaviya” üçün ən yaxşı fürsətdir, amma…

13.10.26 | 13:09

Pep Qvardiola “Etihad”a qayıdır

13.10.26 | 11:49

Kamal Umudlu “Roma” – “Real Madrid” oyununa təyinat aldı

13.10.26 | 11:41

“Slaviya”nın məğlubiyyəti “Sabah” üçün hansı mesajları verib?

13.10.26 | 01:59

Çempionlar Liqasında həyəcanlı gecə: “Sabah” – “Slaviya”, “Qalatasaray” – “Barselona”

13.10.26 | 01:13

TV PROQRAM

12.10.26 | 23:12

Tomaş Vlçek: “Sabah” çox güclü rəqibdir”

12.10.26 | 22:52

Rəhman Daşdəmirov: “Xalqımızı sevindirmək istəyirik”

12.10.26 | 22:06

Trpişovski: “Sabah”ın hücum potensialı müdafiəsindən daha güclüdür”

12.10.26 | 22:14

Dambrauskas: “Slaviya” hər an rəqibi cəzalandırmağa hazırdır”

12.10.26 | 22:21

“Slaviya” əvvəlki “Slaviya” deyil: “Sabah”ı Bakıda nə gözləyir?

12.10.26 | 21:21

Mahir Emrelinin Polşa macərası: 25 oyunun 21-də məğlubiyyət!

12.10.26 | 15:13

“Sabah” – “Slaviya”: rəqibin hücumçusu qələbəyə inanır

12.10.26 | 14:43

“Şamaxı”da yubiley, Seydiyevdən 200-cü oyun

12.10.26 | 14:44

“Qarabağ” 1000-ci oyununda qələbə qazandı

12.10.26 | 00:06

“Sabah”ın oyununa “Qarabağ” – “Çelsi” matçının hakimi təyin edildi

12.10.26 | 00:11

“Sabah” – “Slaviya” oyunu öncəsi baş məşqçilərin görüş vaxtı açıqlandı

11.10.26 | 14:37

Cüdoçularmız qarışıq komanda yarışında mübarizəni dayandırıb

11.10.26 | 14:59