“Sumqayıt”dan darmadağın, Bekirinin debütü uğursuz oldu

11.10.26 | 03:50
Ölkə futbolu

Azərbaycan Premyer Liqasının VII turunda “Sumqayıt” “Qəbələ”ni böyük hesabla məğlub edib. Meydan sahibləri 4:1 hesablı qələbə qazanaraq turnir cədvəlində irəliləyiblər.

Günün ikinci qarşılaşması “Qəbələ”nin yeni baş məşqçisi Jeton Bekirinin debütü ilə əlamətdar olub. Şimali makedoniyalı mütəxəssisin komanda ilə hazırlıq üçün kifayət qədər vaxtı olmadığından “qırmızı-qaralar”dan böyük nəticə gözlənilmirdi. Bununla belə, qarşılaşmanın ilk dəqiqələrində yaşananlar gözlənilməz olub.

“Sumqayıt” oyuna sürətli başlayaraq artıq 9-cu dəqiqəyədək iki qol vurub. Banqre 6-cı dəqiqədə hesabı açıb, üç dəqiqə sonra isə Suliman fərqi artırıb. 25-ci dəqiqədə Şahniyarov “Qəbələ”nin qollardan birinin əvəzini çıxsa da, cəmi dörd dəqiqə sonra Vaskes meydan sahiblərinin üçüncü qolunu vurub. Oyunda son nöqtəni isə Blek qoyub – 4:1.

Beləliklə, “Sumqayıt”ın baş məşqçisi Kandido mövsümdə ilk qələbəsini qazanıb. Bu nəticədən sonra sumqayıtlılar turnir cədvəlinin son pillələrindən 8-ci yerə yüksəliblər və “Qəbələ” də onların geridə qoyduğu komandalar sırasında yer alıb. Jeton Bekiri isə “Qəbələ”nin baş məşqçisi kimi ilk oyununda məğlubiyyətlə üzləşib.

SUMQAYIT – QƏBƏLƏ 4:1 (3:1)

Banqre, 6 (1:0), Suliman, 9 (2:0), Şahniyarov, 25 (2:1), Vaskes, 29 (3:1), Blek, 67 (4:1)

Baş hakim: Kamranbəy Rəhimov.

“Sumqayıt”: Marko Yohansson, Emil Mustafayev, Jeam (Rüstəm Əhmədzadə, 22), İsa Suliman (k), Sedrik Badolo, Ronaldo Vaskes (Nihad Əhmədzadə, 78), Keffel, Lukas Blek (Roy Kaha, 78), Mamadi Banqre (Nadir Orucova, 90), Tyaqo Almeyda, Renan Santana (Ayxan Süleymanlı, 90).

“Qəbələ”: Səlahət Ağayev (k), Elvin Camalov, Fərid İsgəndərov (Endri Çekiçi, 46), Şahin Şahniyarov, Eşqin Əhmədov, İsmahil Akinade, Karim Rossi (Rafael Utziq, 67), Kouya Mabea, İsaak Amoa, Natan Monzanqo (Edson Eduardo, 78), Meşak Uboçioma (Brunu Silva, 78).

Sarı vərəqə: Santana, Akinade, Şahniyarov.

Sumqayıt, Mehdi Hüseynzadə adına şəhər stadionu.

Paylaş:

Xəbər Lenti

Maksimov: “Qələbələr qazanmaq üçün heyəti gücləndirməliyik”

28.11.26 | 22:16

“Sabah”dan inamlı qələbə, “Araz-Naxçıvan” isə yenə uduzdu

28.11.26 | 21:23

Messinin “İnter Mayami”si MLS-də titulunu qoruya bilmədi

28.11.26 | 21:56

UEFA FİFA-nı İnfantinoya dəstək üçün təzyiq iddialarını araşdırmağa çağırdı

28.11.26 | 21:43

Mourinyo: “Vinisiusun ehtiyatda qalması onun problemidir, mənim yox”

28.11.26 | 20:48

Azər Məmmədov: “Ən azı bir xala layiq idik”

28.11.26 | 20:06

Berdıyev: “Oyunçularımız xarakter göstərdi”

28.11.26 | 20:07

“Turan Tovuz”dan son dəqiqə qələbəsi:  Qərb derbisində dramatik sonluq

28.11.26 | 20:59

“Turan Tovuz” – “Kəpəz” derbisi, “Sabah” “Araz-Naxçıvan”ı qəbul edir

28.11.26 | 11:19

Hakim futbolçunu yumruqladı: Kubokun finalı qalmaqalla başa çatdı

28.11.26 | 11:40

Tevesin vida matçına ulduzlar axışacaq: Messi də gəlir!

27.11.26 | 23:58

“Suonsi” futbolçusunun çılpaq fotosu qalmaqal yaratdı

27.11.26 | 23:27

Önder Özen: “Bəhanə yoxdur, davam edirik”

27.11.26 | 22:14

Yuri Vernidub: “Azarkeşlər bizi irəli aparan qüvvədir”

27.11.26 | 22:04

Rəşad Sadıqovdan Verniduba irad: “Bəzi sözləri və açıqlamaları ona yaraşdırmıram”

27.11.26 | 22:20

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46

Zaur Həşimov: “Komanda xarakter və böyük istək nümayiş etdirdi”

27.11.26 | 18:20