Messi Argentina millisində son oyununda göz yaşlarına boğuldu

07.10.26 | 19:52
Dünya futbolu

Lionel Messi Argentina millisində son oyununu keçirib. 39 yaşlı ulduz futbolçu Buenos-Ayresdəki “Monumental” stadionunda Beninlə 3:0 hesablı yoldaşlıq görüşündən əvvəl və oyun zamanı göz yaşlarını saxlaya bilməyib.

Messi stadiona gedərkən avtobusda ağlayıb, daha sonra milli himnin səsləndirilməsi zamanı da kövrəlib. Qarşılaşmanın ilk dəqiqələrində isə 85 min azarkeş argentinalı futbolçuya ayaqüstə alqışlarla təşəkkür edib.

Vida matçı Messi üçün də məhsuldar alınıb. O, Nikolas Otamendinin və Niko Pasın qollarında iştirak edib, daha sonra penaltidən fərqlənərək yekun hesabı müəyyənləşdirib.

“Bu formanı 20 ildən artıq geyinməkdən çox xoşbəxt olmuşam. Burada bir daha oynamamaq mənə ağır gələcək. Argentina üçün oynamaq insanın edə biləcəyi ən möhtəşəm şeydir. Mən ömrüm boyu burada oynamağı arzulamışam”, – Messi deyib.Vida matçı Messi üçün də məhsuldar alınıb. O, Nikolas Otamendinin və Niko Pasın qollarında iştirak edib, daha sonra penaltidən fərqlənərək yekun hesabı müəyyənləşdirib.

“Bu formanı 20 ildən artıq geyinməkdən çox xoşbəxt olmuşam. Burada bir daha oynamamaq mənə ağır gələcək. Argentina üçün oynamaq insanın edə biləcəyi ən möhtəşəm şeydir. Mən ömrüm boyu burada oynamağı arzulamışam”, – Messi deyib.

Matçdan əvvəl meydanda üzərində 10 nömrəsi və “Gracias” (“Təşəkkürlər”) yazılmış nəhəng Argentina forması nümayiş etdirilib. Final fitindən sonra isə stadionda musiqi, azarkeşlərin alqışları və dron şousu ilə Messiyə vida mərasimi davam edib.

Messi Argentina millisində 208 oyunda 126 qol vurub. O, milli komanda ilə iki dəfə Amerika Kubokunu və 2022-ci ildə dünya çempionatını qazanıb.

Messinin aiəsi

Paylaş:

Xəbər Lenti

Dambrauskas hakimləri tənqid etdi: “Qərarları başa düşmədim”

28.11.26 | 22:53

Maksimov: “Qələbələr qazanmaq üçün heyəti gücləndirməliyik”

28.11.26 | 22:16

“Sabah”dan inamlı qələbə, “Araz-Naxçıvan” isə yenə uduzdu

28.11.26 | 21:23

Messinin “İnter Mayami”si MLS-də titulunu qoruya bilmədi

28.11.26 | 21:56

UEFA FİFA-nı İnfantinoya dəstək üçün təzyiq iddialarını araşdırmağa çağırdı

28.11.26 | 21:43

Mourinyo: “Vinisiusun ehtiyatda qalması onun problemidir, mənim yox”

28.11.26 | 20:48

Azər Məmmədov: “Ən azı bir xala layiq idik”

28.11.26 | 20:06

Berdıyev: “Oyunçularımız xarakter göstərdi”

28.11.26 | 20:07

“Turan Tovuz”dan son dəqiqə qələbəsi:  Qərb derbisində dramatik sonluq

28.11.26 | 20:59

“Turan Tovuz” – “Kəpəz” derbisi, “Sabah” “Araz-Naxçıvan”ı qəbul edir

28.11.26 | 11:19

Hakim futbolçunu yumruqladı: Kubokun finalı qalmaqalla başa çatdı

28.11.26 | 11:40

Tevesin vida matçına ulduzlar axışacaq: Messi də gəlir!

27.11.26 | 23:58

“Suonsi” futbolçusunun çılpaq fotosu qalmaqal yaratdı

27.11.26 | 23:27

Önder Özen: “Bəhanə yoxdur, davam edirik”

27.11.26 | 22:14

Yuri Vernidub: “Azarkeşlər bizi irəli aparan qüvvədir”

27.11.26 | 22:04

Rəşad Sadıqovdan Verniduba irad: “Bəzi sözləri və açıqlamaları ona yaraşdırmıram”

27.11.26 | 22:20

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46