Yan Urban Puxaçı heyətdən kənarlaşdırdı: “Müdafiədəki oyunundan razı deyiləm”

06.10.26 | 00:26
Dünya futbolu

Polşa yığmasının baş məşqçisi Yan Urban “Sabah”ın cinah oyunçusu Timoteuş Puxaçın müdafiədəki performansından narazı olduğunu açıq şəkildə etiraf edib.

Təcrübəli mütəxəssis arxa xətdə müxtəlif taktiki variantları sınaqdan keçirir. Urbanın üç və ya dörd müdafiəçili sistem arasında seçim etməsi isə Puxaçın əsas heyətdəki mövqeyini sual altına salıb. Baş məşqçi Bosniya və Herseqovina ilə oyundan öncə təşkil edilən mətbuat konfransında sol cinahda Przemıslav Frankovskiyə şans verməsinin Puxaç üçün mənfi mesaj olduğunu gizlətməyib: “Frankovskini solda oynatmaqla müəyyən mənada Timoteuş Puxaça onun müdafiədəki oyunundan tam razı olmadığımı göstərirəm. Məncə, Puxaç müdafiəçidən daha çox yarımmüdafiəçiyə bənzəyir”.

Beləliklə, “Sabah”ın heyətində Çempionlar Liqasının təsnifat mərhələsindəki uğurlu çıxışı ilə diqqət çəkən Puxaç üçün Polşa yığmasında əsas heyət uğrunda mübarizə daha da çətinləşib. Xüsusilə Urbanın onun müdafiə keyfiyyətləri ilə bağlı açıq narazılıq bildirməsi futbolçunun milli komandadakı gələcəyi baxımından diqqətçəkən məqamdır.

Baş məşqçinin bu qərarının ardınca Puxaç Bosniya və Herseqovina ilə qarşılaşmanın iştirak ərizəsinə də salınmayıb.

Paylaş:

Xəbər Lenti

Dambrauskas hakimləri tənqid etdi: “Qərarları başa düşmədim”

28.11.26 | 22:53

Maksimov: “Qələbələr qazanmaq üçün heyəti gücləndirməliyik”

28.11.26 | 22:16

“Sabah”dan inamlı qələbə, “Araz-Naxçıvan” isə yenə uduzdu

28.11.26 | 21:23

Messinin “İnter Mayami”si MLS-də titulunu qoruya bilmədi

28.11.26 | 21:56

UEFA FİFA-nı İnfantinoya dəstək üçün təzyiq iddialarını araşdırmağa çağırdı

28.11.26 | 21:43

Mourinyo: “Vinisiusun ehtiyatda qalması onun problemidir, mənim yox”

28.11.26 | 20:48

Azər Məmmədov: “Ən azı bir xala layiq idik”

28.11.26 | 20:06

Berdıyev: “Oyunçularımız xarakter göstərdi”

28.11.26 | 20:07

“Turan Tovuz”dan son dəqiqə qələbəsi:  Qərb derbisində dramatik sonluq

28.11.26 | 20:59

“Turan Tovuz” – “Kəpəz” derbisi, “Sabah” “Araz-Naxçıvan”ı qəbul edir

28.11.26 | 11:19

Hakim futbolçunu yumruqladı: Kubokun finalı qalmaqalla başa çatdı

28.11.26 | 11:40

Tevesin vida matçına ulduzlar axışacaq: Messi də gəlir!

27.11.26 | 23:58

“Suonsi” futbolçusunun çılpaq fotosu qalmaqal yaratdı

27.11.26 | 23:27

Önder Özen: “Bəhanə yoxdur, davam edirik”

27.11.26 | 22:14

Yuri Vernidub: “Azarkeşlər bizi irəli aparan qüvvədir”

27.11.26 | 22:04

Rəşad Sadıqovdan Verniduba irad: “Bəzi sözləri və açıqlamaları ona yaraşdırmıram”

27.11.26 | 22:20

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46