Qurban Qurbanov sükutu pozdu: “Abbas Hüseynova hər şey deyilib, bu mövzu bağlanıb”

14.09.26 | 00:08
Ölkə futbolu

Premyer Liqanın V turunda “Zirə” ilə səfər matçında (1:1) heç-heçə oynayan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qarşılaşmadan sonra keçirilən mətbuat konfransında medianın suallarını cavablandırıb.

Təcrübəli mütəxəssis oyunun gedişatını, komandaya yeni qoşulan futbolçuların performansını dəyərləndirib və heyətdən kənarlaşdırılan Abbas Hüseynovun gələcəyi ilə bağlı xəbərlərə aydınlıq gətirib.

Qurban Qurbanov qarşılaşmanın yüksək tempdə keçdiyini və qeydə alınan heç-heçənin hər iki komandanın oyununa uyğun ədalətli nəticə olduğunu bildirib: “Ümumilikdə son dəqiqəyə qədər gərginliyi ilə seçilən, çox maraqlı bir matç izlədik. Meydanda keyfiyyətli və dinamik hücumlar gördük. Hər iki komanda ən azı bir xala layiq idi, zənimcə, heç-heçə ən ədalətli nəticə oldu. Bizə gəldikdə isə, hər matçdan-matça daha inamlı təsir bağışlayırıq və sahədə istədiyimiz müsbət elementləri daha çox görürəm. Oyun kombinasiyalarımız günbəgün cilalanır. Aktivimizə bir xal yazdıq, indi qarşıdakı oyunlara hazırlaşacağıq”.

Təcrübəli çalışdırıcı “Zirə” ilə matçda debüt edən yeni transferlərin fiziki durumuna da toxunub: “Yenilərin çıxışını normal qiymətləndirirəm. Onlar hələ ki, öz optimal formalarından uzaqdırlar. Buna baxmayaraq, az oynayan və ya komandaya yeni qoşulan futbolçulara şans veririk ki, kollektivdəki ab-havanı və oyun dinamikasını daha yaxşı hiss etsinlər. Onların hazırda tam hazır olmadıqlarını anlayırıq və adaptasiya prosesini sürətləndirmək istəyirik. Önümüzdə milli komandaların oyunları ilə bağlı fasilə yaranacaq. Düşünürəm ki, bu vaxtdan səmərəli istifadə edərək onları pik formaya çatdıra biləcəyik”.

Mətbuat konfransında müdafiəçi Abbas Hüseynovun əvəzedici heyətin matç ərizəsinə salınması və onun Elvin Cəfərquliyev kimi əsas komandaya qayıtma ehtimalı da gündəmə gətirilib. Qurban Qurbanov bu iddialara kəsərli cavab verərək mövzuya nöqtə qoyub: Xeyr, belə bir ehtimal yoxdur. Futbolçunun özünə hər şey əvvəlcədən bildirilib. Bu mövzuda daha müzakirə olunacaq heç bir məqam qalmayıb”.

Paylaş:

Xəbər Lenti

Mançester derbisində VAR qalmaqalı: Həlledici səhv hakimlərə baha başa gəldi

15.09.26 | 02:38

“Benfika”nın simvolu ilə bağlı şok: qartalın təlimçisi həbs edildi

15.09.26 | 02:27

Karlo Ançelottinin kölgəsindən zirvəyə: Fransa futbolunu təəccübləndirən gənc məşqçi

15.09.26 | 01:06

Zaur Həşimov “Sabah”a məğlubiyyətdən danışdı: “Fərdi səhvlər bizi məyus edir”

15.09.26 | 00:40

Dambrauskasdan sərt sözlər: “Bunu komandaya qarşı hörmətsizlik sayıram”

15.09.26 | 00:48

“Sabah” “Şafa”nı darmadağın edərək liderliyə yüksəldi

15.09.26 | 00:56

Kerroll Runinin sirrini açdı: “Onu yataqda siqaret çəkib pivə içən görürdüm”

14.09.26 | 19:12

“LANDAU Lions” Çempionlar Liqası ilə vidalaşdı

14.09.26 | 19:07

“Neftçi” Emil Səfərovla müqaviləni yenilədi: “O, gənc nəsil üçün örnəkdir”

14.09.26 | 17:53

Bakıda peyda olan nigeriyalı futbolçu: Onu kim gətirib?

14.09.26 | 16:15

“Sabah” heyətini Avropa Kubokunun qalibi ilə gücləndirib

14.09.26 | 15:09

UEFA Çempionlar Liqası: “Araz-Naxçıvan”ın oyunlarının məkanı bəlli oldu

14.09.26 | 15:32

Hakim het-trik dedi, “Opta” isə razılaşmadı

14.09.26 | 14:59

Cüdoçularmız IJF-in yenilənmiş reytinqində mövqelərini möhkəmləndirib

14.09.26 | 14:45

Bakının «Elite Polo Club» beynəlxalq turnirinin qalibi olub

14.09.26 | 13:24

UEFA Avropa Liqası 2026/2027 mövsümü, liqa mərhəsinin təqvimi

14.09.26 | 13:58

Karlos Korberan “Valensiya”dan qovuldu

14.09.26 | 03:11

“Şəfa” – “Sabah” oyunu ilə V tura yekun vurulacaq

14.09.26 | 03:13

“LANDAU Layons” Avrokuboklarda mübarizəyə başlayır

14.09.26 | 03:39

Lamin Yamal: “Qızıl top”a Mbappədən daha çox layiqəm”

14.09.26 | 02:17