Azərbaycan Premyer Liqasının V turunda “Araz-Naxçıvan”la “Turan Tovuz” qarşılaşıb. Şamaxı şəhər stadionunda keçirilən görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb.
Hesabı 7-ci dəqiqədə “Turan Tovuz”un müdafiəçisi Emmanuel Hakmanın avtoqolu ilə “Araz-Naxçıvan” açıb. Qonaqlar ikinci hissədə geridönüş etməyə nail olublar. 51-ci dəqiqədə İbrahima Vadji hesabı bərabərləşdirib, 75-ci dəqiqədə isə meydana beş dəqiqə əvvəl daxil olan Jo Batista “Turan Tovuz”u önə keçirib – 1:2.
Matçın sonlarına yaxın “Araz-Naxçıvan” penalti qazanıb. Baş hakim Elçin Məsiyevin qərarı VAR müdaxiləsindən sonra uzun müddət müzakirə olunsa da, qüvvədə saxlanılıb. Ağadadaş Salyanski 86-cı dəqiqədə 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək yekun hesabı müəyyənləşdirib – 2:2.
Bu nəticədən sonra “Turan Tovuz” 8 xalla 5-ci pillədə qalıb. “Araz-Naxçıvan” isə xallarının sayını 2-yə çatdıraraq 10-cu pilləyə yüksəlib.
“Araz-Naxçıvan” – “Turan Tovuz” 2:2 (1:0)
Qollar: E. Hakman, 7-avtoqol (1:0), İ. Vadji, 51 (1:1), J. Batista, 75 (1:2), A. Salyanski, 86-pen. (2:2)
Baş hakim: Əlcin Məsiyev
“Araz-Naxçıvan”: Tərlan Əhmədli, Rovlan Muradov (Şarl Boli, 73), Ömər Buludov, Abdulla Rzayev, Mustafa Əhmədzadə (Ceyhun Nuriyev, 73), Ağadadaş Salyanski, Boyan Letiç, Patrik Andrade (Alberto Fernandes, 66), Mohamed Mara, Mamadu Kane, Luka Dumançiç.
“Turan Tovuz”: Aleksey Kenyaykin, Rəhim Sadıxov (İbrahima Vadji, 46), Faiq Hacıyev (Denis Marandiçi, 46), Alexandro Serrano, Jo Batista, Emmanuel Hakman (Rahil Məmmədov, 72), Hayderson Urtado, Jorje Silva, Roberto Olabe, Filipp Damyanoviç, Diogo Balau (Aleksa Yankoviç, 72).
Sarı vərəqələr: Mamadu Kane, Ömər Buludov, Aleksey Kenyaykin.
Şamaxı şəhər stadionu