Levandovski ilə Messinin duelində rekord qıran gecə

10.09.26 | 15:28
Dünya futbolu

Dünən axşam ABŞ-da MLS çempionatı çərçivəsində “Çikaqo Fayr” və “İnter Mayami” komandaları arasındakı qarşılaşma böyük ajiotaj yaradıb. “Soldier Field” stadionunda baş tutan matçı tribunadan 63 940 azarkeş izləyib ki, bu da klub üçün yeni rekord olub.

Matçdan əvvəl sabiq “Barselona” ulduzları – Lionel Messi, Luis Suares və Robert Levandovski səmimi şəkildə qucaqlaşıb söhbət ediblər. Bu qarşılaşma həm də Levandovskinin ABŞ-da Messi ilə ilk dueli olub. Gərgin mübarizə şəraitində keçən oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb və “Çikaqo Fayr”ın yeganə qoluna polşalı hücumçu imza atıb. “İnter Mayami”ni məğlubiyyətdən xilas edən qolu Messinin ötürməsi ilə Kazemiro vurub. Klubun yaydığı açıqlamada dünya şöhrətli hücumçu Robert Levandovskinin komandaya qoşulmasının klub tarixində yeni era açdığı vurğulanıb. Xatırladaq ki, əvvəlki rekord 2025-ci il iyulun 13-də yenə həmin rəqiblər arasındakı matçda qeydə alınmışdı (62 358 tamaşaçı). Hazırda “Çikaqo Fayr” Şərq Konfransının turnir cədvəlində 39 xalla 4-cü pillədə qərarlaşıb.

Paylaş:

Xəbər Lenti

“Liverpul”u Kubokdan kənarlaşdırdım, Nevllə selfi çəkdirdim – indi isə “Mançester Yunayted”in Çempionlar Liqası arzusunu gözündə qoyacağam”

10.09.26 | 17:55

The Guardian: Valdas Dambrauskasın Litvadan “Mançester Yunayted”ə uzanan qeyri-adi yolu

10.09.26 | 16:14

Levandovski ilə Messinin duelində rekord qıran gecə

10.09.26 | 15:28

Flik Lamin Yamal üçün “Qızıl top” istəyir: “Heç kimdə onun sahib olduğu özəllik yoxdur”

10.09.26 | 14:19

Fransa qolundan Almaniya məktəbinə: Renat Dadaşovun “Bukovina”ya gedən çətin və maraqlı yolu

10.09.26 | 14:42

Çempionlar Liqasında günün icmalı: “Arsenal”dan dominantlıq, PSJ-dən darmadağın

10.09.26 | 03:57

“Sabah”ın qəhrəmanı Coy-Lens Mikels: Uşaqlıq arzusu və Çempionlar Liqasında ikiqat tarix

10.09.26 | 02:33

“Sabah”ın Çempionlar Liqası yolunda 10 maraqlı fakt

10.09.26 | 02:58

Dambrauskas: “Nə qədər yaxşı olduğumuzu “Mançester Yunayted”lə oyunda görəcəyik”

10.09.26 | 01:29

“Sabah”ın rəqibləri fərqli başladı: “Barselona”dan darmadağın, “Vikinq”dən məğlubiyyət

10.09.26 | 00:45

Türkiyə futbolunda tarixi təyinat: 22 yaşlı qadın kişi komandasının baş məşqçisi oldu

09.09.26 | 23:36

Zidandan Messi etirafı: “Tarixin ən yaxşısının kim olduğunu anlamayanların futboldan başı çıxmır”

09.09.26 | 22:20

Maykl Kerrikdən “Sabah” açıqlaması: “Onların necə təhlükəli olduğunu bilirik”

09.09.26 | 20:51

“Mançester Yunayted”də “Sabah” matçının hazırlıqları: Markus Reşfordun durumu necədir?

09.09.26 | 17:55

Karraqerdən şok proqnoz: “Haaland bütün rekordları qıracaq!”

09.09.26 | 16:57

“Sabah”ın rəqibi ÇL matçında şok yaşadı: 18 yaşlı ulduz xəstəxanalıq oldu

09.09.26 | 15:47

“Sabah”dan növbəti transfer: Braziliyalı hücumçu komandaya qoşuldu

09.09.26 | 12:31

Abdella Zubirin Səudiyyə Ərəbistanına transferi baş tutmayıb

09.09.26 | 12:30

Çempionlar Liqasında ilk turun ilk günü: 19 qol, dramatik oyunlar və gözlənilməz dönüşlər

09.09.26 | 02:20

“Bu, çox acınacaqlıdır”: Dünya çempionu Mbappeni “Qızıl top”a görə sərt tənqid etdi

09.09.26 | 02:13