Şotlandiyada radikal qərar: “Qlazqo derbisi”ndə səfər azarkeşlərinə qadağa qoyuldu

05.09.26 | 02:26
Dünya futbolu

Şotlandiya futbolunun iki nəhəngi – “Seltik” və “Reyncers” arasında keçiriləcək bütün “Qlazqo derbi”ləri cari mövsümün sonuna qədər səfər azarkeşləri olmadan oynanılacaq. Şotlandiya Peşəkar Futbol Liqası (SPFL) klublarla aparılan məsləhətləşmələrdən sonra bu qərarı rəsmiləşdirib.

Yeni qayda ilə bağlı ilkin razılaşma martın 8-də “Reyncers”in ev stadionu olan “Aybroks”da baş tutan Şotlandiya Kubokunun 1/4 final matçından sonra əldə olunub. SPFL, hər iki klub rəhbərliyi və Şotlandiya polisinin iştirakı ilə aparılan müzakirələrdə həmin görüşdəki hadisələrin müstəqil araşdırmasının nəticələri əsas götürülüb.

Xatırladaq ki, əsas vaxtı qolsuz bitən və “Seltik”in penaltilər seriyasında qələbə qazandığı həmin derbi matçı böyük iğtişaşlarla yadda qalmışdı. Hər iki komandanın azarkeşləri meydana daxil olaraq kütləvi davaya səbəb olmuş, meydana məşəllər atılmışdı. Vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün polis və stüardlar kordon yaratmaq məcburiyyətində qalmış, futbolçular isə təhlükəsizlik məqsədilə meydanı tələsik tərk etmişdilər.

SPFL-in açıqlamasında azarkeşlərin və oyunçuların təhlükəsizliyinin əsas prioritet olaraq qaldığı vurğulanır. Bununla belə, qurum qapını tam bağlamayıb: mövsüm ərzində təhlükəsizliklə bağlı vəziyyət müsbətə doğru əhəmiyyətli dərəcədə dəyişərsə, bu qərara yenidən baxıla bilər.

Qeyd edək ki, tarixi 1888-ci ilə gedib çıxan və “Old Firm” adı ilə tanınan “Qlazqo derbisi” dünya futbolunun ən qədim, ən gərgin və barışmaz qarşıdurmalarından biridir. Bu rəqabətin kökündə sadəcə idman deyil, həm də dərin siyasi və dini fikir ayrılıqları dayanır.

Paylaş:

Xəbər Lenti

Dambrauskas hakimləri tənqid etdi: “Qərarları başa düşmədim”

28.11.26 | 22:53

Maksimov: “Qələbələr qazanmaq üçün heyəti gücləndirməliyik”

28.11.26 | 22:16

“Sabah”dan inamlı qələbə, “Araz-Naxçıvan” isə yenə uduzdu

28.11.26 | 21:23

Messinin “İnter Mayami”si MLS-də titulunu qoruya bilmədi

28.11.26 | 21:56

UEFA FİFA-nı İnfantinoya dəstək üçün təzyiq iddialarını araşdırmağa çağırdı

28.11.26 | 21:43

Mourinyo: “Vinisiusun ehtiyatda qalması onun problemidir, mənim yox”

28.11.26 | 20:48

Azər Məmmədov: “Ən azı bir xala layiq idik”

28.11.26 | 20:06

Berdıyev: “Oyunçularımız xarakter göstərdi”

28.11.26 | 20:07

“Turan Tovuz”dan son dəqiqə qələbəsi:  Qərb derbisində dramatik sonluq

28.11.26 | 20:59

“Turan Tovuz” – “Kəpəz” derbisi, “Sabah” “Araz-Naxçıvan”ı qəbul edir

28.11.26 | 11:19

Hakim futbolçunu yumruqladı: Kubokun finalı qalmaqalla başa çatdı

28.11.26 | 11:40

Tevesin vida matçına ulduzlar axışacaq: Messi də gəlir!

27.11.26 | 23:58

“Suonsi” futbolçusunun çılpaq fotosu qalmaqal yaratdı

27.11.26 | 23:27

Önder Özen: “Bəhanə yoxdur, davam edirik”

27.11.26 | 22:14

Yuri Vernidub: “Azarkeşlər bizi irəli aparan qüvvədir”

27.11.26 | 22:04

Rəşad Sadıqovdan Verniduba irad: “Bəzi sözləri və açıqlamaları ona yaraşdırmıram”

27.11.26 | 22:20

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46