Qadın voleybolçulardan ibarət millimiz “CEV Trendyol 2026” qitə çempionatında çıxışını başa vurub. Faiq Qarayevin rəhbərlik etdiyi yığmamız 1/8 final mərhələsində İstanbulda turnirin favoritlərindən sayılan Türkiyə ilə üz-üzə gəlib.
“Sinan Erdem” İdman Salonunda keçirilən qarşılaşma meydan sahiblərinin üstünlüyü ilə yekunlaşıb – 3:0 (25:14, 25:16, 25:22). İlk iki seti rahat qazanan “Filenin Sultanları” üçüncü setdə ciddi müqavimətlə qarşılaşsalar da, üstünlüyü əldən verməyiblər.
Bu qələbə ilə 1/4 finala yüksələn Türkiyə voleybolçuları sentyabrın 3-də Almaniya yığması ilə üz-üzə gələcək.
Qarşılaşma çərçivəsində Türkiyə Voleybol Federasiyası (TVF) rəhbərliyi diqqətçəkən addım atılıb. TVF prezidenti Mehmet Akif Üstündağ millinin baş məşqçisi Faiq Qarayevə xüsusi xatirə hədiyyəsi təqdim edib. Üstündağ təcrübəli mütəxəssisə zamanilə Türkiyə voleybolunun inkişafına verdiyi böyük töhfələrə və xidmətlərə görə təşəkkürünü bildirib.