Qurban Qurbanov: “Kadiyə yüngül iradımı bildirdim, belə hallar yolverilməzdir”

01.09.26 | 00:30
Ölkə futbolu

Premyer Liqanın III turunda səfərdə “Sumqayıt”ı minimal hesabla üstələyən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında mətbuat nümayəndələrinin suallarını cavablandırıb. Təcrübəli mütəxəssis azlıqda qazanılan vacib 3 xal, Kadi Borgesin qırmızı vərəqəsi və komandadakı son durumla bağlı maraqlı məqamlara toxunub.

Qurbanov öncə çətin keçən oyunu şərh edərək futbolçularını və azarkeşləri təbrik edib: “Futbolçularımı təbrik edirəm. Meydanda azlıqda qalmağımıza baxmayaraq, vacib bir qələbə qazandıq. Rəqib topla yaxşı rəftar etməyi bacaran komandadır, bu səbəbdən bəzi epizodlarda onların hücumlarının qarşısını almaqda çətinlik çəkirdik. ‘Sumqayıt’a növbəti oyunlarda uğurlar arzulayıram. Hava şəraitinin əlverişsiz olmasına baxmayaraq, bizi yalnız buraxmayan azarkeşlərimizə də xüsusi təşəkkür edirəm”.

Təcrübəli çalışdırıcı braziliyalı yarımmüdafiəçi Kadinin 31-ci dəqiqədə meydandan qovulması epizoduna münasibət bildirib: “Belə halın baş verməsi yolverilməzdir. Bizim futbolçularımız hər zaman intizamı ilə seçiliblər. Avrokubokdakı ‘Tvente’ matçında qırmızı vərəqəlik epizod olmadığını düşünsəm də, bu gün hakim haqlı idi. Kadiyə yüngül iradlarımı bildirdim. Nə qədər sakitləşdirməyə çalışsaq da, ‘Tvente’ ilə qarşılaşmadan sonra heyətdə psixoloji gərginlik var idi və bu da tamamilə normaldır”.

Çalışdırıcı “Qarabağ”ın tam hazır olması üçün zamana ehtiyac duyulduğunu vurğulayıb: “Futbolçuların bir-birinə tam uyğunlaşması üçün vaxt gərəklidir. Oyundan-oyuna daha yaxşı olacağımızı düşünürəm. Bəzən bir addım irəli atmaq üçün geri çəkilmək lazımdır, lakin biz bunu öz istəyimizlə etmirik, rəqib bizi buna məcbur edir. Heyətin yenilənməyə ehtiyacı var. Məşhur mütəxəssis Aleks Ferqyuson deyirdi ki, bir komandanın tam yenilənməsi üçün ən azı 3-4 il lazımdır. Bizdə vəziyyət o dərəcədə kritik olmasa da, müəyyən zamandan sonra hər şey yaxşılığa doğru irəliləyəcək”.

Sonda Qurbanov “Tvente” matçından sonra futbol ictimaiyyətində yaranan fikir ayrılıqlarına toxunub: “Mənim sevdiyim, güvəndiyim və yaşadığım bir Azərbaycan var. ‘İctimaiyyətin iki yerə bölünməsi’ anlayışı mənim təfəkkürümdə yoxdur. Vətən müharibəsindən sonra bu düşüncə məndə daha da möhkəmləndi. Müxtəlif fikir ayrılıqları ola bilər, burada qeyri-adi heç nə yoxdur. Bizim bir vəzifəmiz var: meydanda axıradək döyüşmək. Heç bir tənqidi yazıya cavab vermək niyyətində deyiləm”.

Paylaş:

Xəbər Lenti

The Guardian: Valdas Dambrauskasın Litvadan “Mançester Yunayted”ə uzanan qeyri-adi yolu

10.09.26 | 16:14

Levandovski ilə Messinin duelində rekord qıran gecə

10.09.26 | 15:28

Flik Lamin Yamal üçün “Qızıl top” istəyir: “Heç kimdə onun sahib olduğu özəllik yoxdur”

10.09.26 | 14:19

Fransa qolundan Almaniya məktəbinə: Renat Dadaşovun “Bukovina”ya gedən çətin və maraqlı yolu

10.09.26 | 14:42

Çempionlar Liqasında günün icmalı: “Arsenal”dan dominantlıq, PSJ-dən darmadağın

10.09.26 | 03:57

“Sabah”ın qəhrəmanı Coy-Lens Mikels: Uşaqlıq arzusu və Çempionlar Liqasında ikiqat tarix

10.09.26 | 02:33

“Sabah”ın Çempionlar Liqası yolunda 10 maraqlı fakt

10.09.26 | 02:58

Dambrauskas: “Nə qədər yaxşı olduğumuzu “Mançester Yunayted”lə oyunda görəcəyik”

10.09.26 | 01:29

“Sabah”ın rəqibləri fərqli başladı: “Barselona”dan darmadağın, “Vikinq”dən məğlubiyyət

10.09.26 | 00:45

Türkiyə futbolunda tarixi təyinat: 22 yaşlı qadın kişi komandasının baş məşqçisi oldu

09.09.26 | 23:36

Zidandan Messi etirafı: “Tarixin ən yaxşısının kim olduğunu anlamayanların futboldan başı çıxmır”

09.09.26 | 22:20

Maykl Kerrikdən “Sabah” açıqlaması: “Onların necə təhlükəli olduğunu bilirik”

09.09.26 | 20:51

“Mançester Yunayted”də “Sabah” matçının hazırlıqları: Markus Reşfordun durumu necədir?

09.09.26 | 17:55

Karraqerdən şok proqnoz: “Haaland bütün rekordları qıracaq!”

09.09.26 | 16:57

“Sabah”ın rəqibi ÇL matçında şok yaşadı: 18 yaşlı ulduz xəstəxanalıq oldu

09.09.26 | 15:47

“Sabah”dan növbəti transfer: Braziliyalı hücumçu komandaya qoşuldu

09.09.26 | 12:31

Abdella Zubirin Səudiyyə Ərəbistanına transferi baş tutmayıb

09.09.26 | 12:30

Çempionlar Liqasında ilk turun ilk günü: 19 qol, dramatik oyunlar və gözlənilməz dönüşlər

09.09.26 | 02:20

“Bu, çox acınacaqlıdır”: Dünya çempionu Mbappeni “Qızıl top”a görə sərt tənqid etdi

09.09.26 | 02:13

Lionel Messidən sensasion sərmayə: O, İspaniya klubunu alır

09.09.26 | 01:27