“İpsviç”in sürprizinə Bruno Fernandeş het-triklə cavab verdi

31.08.26 | 02:34
Ölkə futbolu

UEFA Çempionlar Liqasının I turunda “Old Trafford”da təmsilçimiz “Sabah”ı qəbul edəcək “Mançester Yunayted” Premyer Liqaya uğursuz startdan sonra toparlanmağa çalışır. Mövsümün ilk matçında turnirin debütantı “Hall Siti”yə 0:2 hesabı ilə gözlənilmədən məğlub olan İngiltərə nəhəngi növbəti turda digər debütant “İpsviç”lə qarşılaşmada azarkeşlərinə təsirli futbol nümayiş etdirərək inamlı qələbə qazanıb.

Qarşılaşma mançesterlilər üçün yaxşı başlamayıb. Matçın yarım saatı geridə qalarkən “İpsviç”in futbolçusu Leyf Devis hesabı açaraq “Old Trafford”u şoka salıb. Lakin fasiləyə az qalmış “qırmızı şeytanlar”ın son illərdəki əsas ulduzu Bruno Fernandeş səhnəyə çıxıb.  Əlverişli mövqeyə çıxan 31 yaşlı portuqaliyalı yarımmüdafiəçi güclü zərbə ilə hesabı bərabərləşdirib

İkinci hissədə isə meydanda tam Bruno Fernandeş şousu izlənilib. Əvvəlcə Harri Maquayr qonaqların qapıçısı Ceykob Qrivsi məyus edərək komandasını önə keçirib. Ardınca səhnəni tamamilə ələ keçirən Bruno Fernandeş daha iki dəfə fərqlənərək (3:1 və 4:1) “Mançester Yunayted” karyerasında 3-cü het-trikini rəsmiləşdirib. Daha Brayan Mbeumo portuqaliyalının məhsuldar ötürməsini qolla tamamlayaraq hesabı 5:1 edib. Matçın sonlarına yaxın Lisandro Martinesin müdafiədəki diqqətsizliyi rəqibin fərqi azaltmasına şərait yaratsa da, bu, yekun nəticəni dəyişməyib – 5:2.

“Viaplay” studiyasında matçı təhlil edən mütəxəssislər və futbol dünyasının tanınmış simaları portuqaliyalı ulduzun performansını heyranlıqla qarşılayıblar. İngiltərə futbolunun əfsanəsi Maykl Ouen Fernandeşin komandadakı rolunu xüsusi vurğulayıb: “Bütün komandanın işləri tərs gedəndə bir çox futbolçunun necə kölgədə qaldığını görürsünüz. Hamının zəif çıxış etdiyi məqamda belə yüksək səviyyəni qorumaq xüsusi xarakter tələb edir. Bruno son illərdə məhz həmin xilaskardır. O, sadəcə inanılmazdır”. Növbəti turda “Mançester Yunayted” “Everton”la qarşılaşacaq. İngiltərə təmsilçisinin hücum xəttindəki bu dirçəliş “Sabah”la “Old Trafford”da keçiriləcək Çempionlar Liqasının açılış matçı öncəsi diqqət çəkən əsas məqamlardan biridir.

Paylaş:

Xəbər Lenti

“Liverpul”u Kubokdan kənarlaşdırdım, Nevllə selfi çəkdirdim – indi isə “Mançester Yunayted”in Çempionlar Liqası arzusunu gözündə qoyacağam”

10.09.26 | 17:55

The Guardian: Valdas Dambrauskasın Litvadan “Mançester Yunayted”ə uzanan qeyri-adi yolu

10.09.26 | 16:14

Levandovski ilə Messinin duelində rekord qıran gecə

10.09.26 | 15:28

Flik Lamin Yamal üçün “Qızıl top” istəyir: “Heç kimdə onun sahib olduğu özəllik yoxdur”

10.09.26 | 14:19

Fransa qolundan Almaniya məktəbinə: Renat Dadaşovun “Bukovina”ya gedən çətin və maraqlı yolu

10.09.26 | 14:42

Çempionlar Liqasında günün icmalı: “Arsenal”dan dominantlıq, PSJ-dən darmadağın

10.09.26 | 03:57

“Sabah”ın qəhrəmanı Coy-Lens Mikels: Uşaqlıq arzusu və Çempionlar Liqasında ikiqat tarix

10.09.26 | 02:33

“Sabah”ın Çempionlar Liqası yolunda 10 maraqlı fakt

10.09.26 | 02:58

Dambrauskas: “Nə qədər yaxşı olduğumuzu “Mançester Yunayted”lə oyunda görəcəyik”

10.09.26 | 01:29

“Sabah”ın rəqibləri fərqli başladı: “Barselona”dan darmadağın, “Vikinq”dən məğlubiyyət

10.09.26 | 00:45

Türkiyə futbolunda tarixi təyinat: 22 yaşlı qadın kişi komandasının baş məşqçisi oldu

09.09.26 | 23:36

Zidandan Messi etirafı: “Tarixin ən yaxşısının kim olduğunu anlamayanların futboldan başı çıxmır”

09.09.26 | 22:20

Maykl Kerrikdən “Sabah” açıqlaması: “Onların necə təhlükəli olduğunu bilirik”

09.09.26 | 20:51

“Mançester Yunayted”də “Sabah” matçının hazırlıqları: Markus Reşfordun durumu necədir?

09.09.26 | 17:55

Karraqerdən şok proqnoz: “Haaland bütün rekordları qıracaq!”

09.09.26 | 16:57

“Sabah”ın rəqibi ÇL matçında şok yaşadı: 18 yaşlı ulduz xəstəxanalıq oldu

09.09.26 | 15:47

“Sabah”dan növbəti transfer: Braziliyalı hücumçu komandaya qoşuldu

09.09.26 | 12:31

Abdella Zubirin Səudiyyə Ərəbistanına transferi baş tutmayıb

09.09.26 | 12:30

Çempionlar Liqasında ilk turun ilk günü: 19 qol, dramatik oyunlar və gözlənilməz dönüşlər

09.09.26 | 02:20

“Bu, çox acınacaqlıdır”: Dünya çempionu Mbappeni “Qızıl top”a görə sərt tənqid etdi

09.09.26 | 02:13