İspaniya mətbuatı “Sabah”dan yazdı: Bütün heyəti “Barselona”nın gənc ulduzundan ucuz olan komandanın Avropa möcüzəsi

30.08.26 | 00:39
Ölkə futbolu

İspaniya mətbuatı “Sabah”ın Çempionlar Liqası möcüzəsindən yaz

Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanan “Sabah” İspaniya idman mətbuatının diqqət mərkəzinə düşüb. Püşkatmada “Barselona”, “Arsenal”, “Borussiya” (Dortmund), “Mançester Yunayted”, “Napoli”, “Vilyarreal”, “Slaviya” (Praqa) və “Vikinq” klublarına rəqib olacaq təmsilçimizin uğuru “Cadena SER” və “Mundo Deportivo” kimi nüfuzlu nəşrlərdə əsl “Zoluşka hekayəsi” kimi təqdim olunub.

“Hapoel” matçında dramatik geridönüş

“Mundo Deportivo” nəşri paytaxt klubunun pley-offda İsrail “Hapoel” ilə keçirdiyi cavab oyununu xüsusi qeyd edir. İlk matçda 1:2 hesabı ilə uduzan və Bakıdakı görüşün son saniyələrinə 2:2 hesabı ilə girən komandamız möcüzə gerçəkləşdirib. Qapıçı Stas Pokatilovun da hücuma qoşulduğu künc zərbəsindən sonra sağ cinah müdafiəçisi Tellur Mütəllimovun vurduğu qol oyunu əlavə vaxta daşıyıb. Uzatmada rəqibini 5:2 hesabı ilə darmadağın edən “bayquşlar” tarixi nailiyyətə imza atıblar.

Bununla da “Sabah” Uels, Finlandiya, Danimarka və İsrail çempionlarını sıradan çıxararaq turnirin I təsnifat mərhələsindən əsas mərhələyə yüksələn yeganə Avropa klubu olub.

“Kim milyonçu olmaq istəyir?” şousundan Avropanın zirvəsinə

Mətbuatın diqqət yetirdiyi digər məqam baş məşqçi Valdas Dambrauskasın film süjetini xatırladan həyat hekayəsidir. 2002-ci ildə məşqçilik təhsili almaq üçün vəsait axtaran 25 yaşlı litvalı mütəxəssis “Kim milyonçu olmaq istəyir?” şousunda iştirak edərək 4000 lit (təxminən 3000 avro) qazanıb. Bu məbləğlə İngiltərəyə yollanan Dambrauskas “London Metropolitan” Universitetində idman elmləri üzrə təhsil alıb, “Mançester Yunayted”, “Fulhem” və “Brentford” akademiyalarında təcrübə keçib.

17 milyonluq heyətlə yazılan tarix

Komandanın İspaniyadan olan fiziki hazırlıq üzrə məşqçisi Dieqo Qarsiya Fontan “Cadena SER”ə müsahibəsində bildirib ki, “Barselona” ilə düşmək qürurverici olsa da, daxildə “Mançester Yunayted”ə də böyük maraq var: “Bizim komanda menecerimizin qolunda hətta ‘Mançester Yunayted’in gerbi tatu olunub”.

“Mundo Deportivo” vurğulayır ki, “Sabah”ın ümumi heyət dəyəri 17 milyon avrodur. Müqayisə üçün, “Barselona”nın gənc yarımmüdafiəçisi Mark Kasadonun təkbaşına transfer qiyməti 18 milyon avro təşkil edir. Təmsilçimizdə xüsusilə təsnifat mərhələsində 8 oyuna 6 qol vuran serbiyalı hücumçu Velko Simiç və dayaq yarımmüdafiəçisi İvan Lepinjitsa ispaniyalı analitiklərin diqqətini çəkib. 2017-ci ildə Yaqub Hüseynov tərəfindən təsis edilən və hazırda Maqsud Adıgözəlovun rəhbərlik etdiyi klub, ölkədaxili kubok və çempionluq titullarından sonra indi 8700 nəfərlik “Bank Respublika Arena”dan Avropa futbolunun ən böyük səhnəsinə addımlayır.

Paylaş:

Xəbər Lenti

“Liverpul”u Kubokdan kənarlaşdırdım, Nevllə selfi çəkdirdim – indi isə “Mançester Yunayted”in Çempionlar Liqası arzusunu gözündə qoyacağam”

10.09.26 | 17:55

The Guardian: Valdas Dambrauskasın Litvadan “Mançester Yunayted”ə uzanan qeyri-adi yolu

10.09.26 | 16:14

Levandovski ilə Messinin duelində rekord qıran gecə

10.09.26 | 15:28

Flik Lamin Yamal üçün “Qızıl top” istəyir: “Heç kimdə onun sahib olduğu özəllik yoxdur”

10.09.26 | 14:19

Fransa qolundan Almaniya məktəbinə: Renat Dadaşovun “Bukovina”ya gedən çətin və maraqlı yolu

10.09.26 | 14:42

Çempionlar Liqasında günün icmalı: “Arsenal”dan dominantlıq, PSJ-dən darmadağın

10.09.26 | 03:57

“Sabah”ın qəhrəmanı Coy-Lens Mikels: Uşaqlıq arzusu və Çempionlar Liqasında ikiqat tarix

10.09.26 | 02:33

“Sabah”ın Çempionlar Liqası yolunda 10 maraqlı fakt

10.09.26 | 02:58

Dambrauskas: “Nə qədər yaxşı olduğumuzu “Mançester Yunayted”lə oyunda görəcəyik”

10.09.26 | 01:29

“Sabah”ın rəqibləri fərqli başladı: “Barselona”dan darmadağın, “Vikinq”dən məğlubiyyət

10.09.26 | 00:45

Türkiyə futbolunda tarixi təyinat: 22 yaşlı qadın kişi komandasının baş məşqçisi oldu

09.09.26 | 23:36

Zidandan Messi etirafı: “Tarixin ən yaxşısının kim olduğunu anlamayanların futboldan başı çıxmır”

09.09.26 | 22:20

Maykl Kerrikdən “Sabah” açıqlaması: “Onların necə təhlükəli olduğunu bilirik”

09.09.26 | 20:51

“Mançester Yunayted”də “Sabah” matçının hazırlıqları: Markus Reşfordun durumu necədir?

09.09.26 | 17:55

Karraqerdən şok proqnoz: “Haaland bütün rekordları qıracaq!”

09.09.26 | 16:57

“Sabah”ın rəqibi ÇL matçında şok yaşadı: 18 yaşlı ulduz xəstəxanalıq oldu

09.09.26 | 15:47

“Sabah”dan növbəti transfer: Braziliyalı hücumçu komandaya qoşuldu

09.09.26 | 12:31

Abdella Zubirin Səudiyyə Ərəbistanına transferi baş tutmayıb

09.09.26 | 12:30

Çempionlar Liqasında ilk turun ilk günü: 19 qol, dramatik oyunlar və gözlənilməz dönüşlər

09.09.26 | 02:20

“Bu, çox acınacaqlıdır”: Dünya çempionu Mbappeni “Qızıl top”a görə sərt tənqid etdi

09.09.26 | 02:13