Bu gün Premyer Liqada III tura start verilib. İlk oyun günündə iki qarşılaşma keçirilir. Açılış matçında “Qəbələ” öz meydanında “Şamaxı”nı qəbul edib, günün növbəti oyununda isə “Şəfa” və “İmişli” komandaları üz-üzə gələcək.
“Qəbələ” – “Şamaxı” 0:0
Stadion: Qəbələ şəhər stadionu
Baş hakim: Nicat İsmayıllı
“Qəbələ”: Salahət Ağayev (k), Nicat Əliyev (Eşqin Əhmədov, 46), İsmahil Akinade, Bruno Silva (Kərim Rossi, 71), Hayme Syerra, Şahin Şahniyarov, Kouya Mabea (Nuqay Rəşidov, 71), İsaak Amoa, Natan Monzanqo, Meşak Uboçioma, Edson
“Şamaxı”: Rikardu Ferneş (k), Ayman Buali (Həbib İsmayılov, 58), Emin Rüstəmov, Oruc Məmmədov (Emil Süleymanov, 65), Edqar Adilxanov (Uğur Cahangirov, 59), Filipe Markeş, Rikardo Apolinario, Abdullai Şuaybu (Tornike Axvlediani, 46), Jota, Ruy Paşeku, Abdul-Raşid Mumini
Sarı vərəqələr: İsaak Amoa, Rikardo Apolinario, Emin Rüstəmov