ÇL-in pley-off mərhələsi başa çatdı: “Fənərbaxça”dan möhtəşəm dönüş, “Vikinq”dən tarixi uğur

27.08.26 | 02:07
Dünya futbolu

UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün pley-off mərhələsində cavab oyunları keçirilib. Qarşılaşmaların yekununda turnirin əsas mərhələsinə vəsiqə qazanan son komandaların adına aydınlıq gəlib.

Gecənin ən diqqətçəkən qarşılaşmalarından biri Fransada keçirilib. İlk oyunda 1:1 hesablı heç-heçə edən “Fənərbaxça” səfərdə “Lion”la üz-üzə gəlib. Yay transfer pəncərəsində Natan Ake, Romelu Lukaku, Meyson Qrinvud və Vedat Muriçi kimi ulduzlarla güclənən İstanbul təmsilçisi matça fəal başlayıb və 24-cü dəqiqədə hesabı açıb. Aydının sol cinahdan cərimə meydançasına göndərdiyi ötürmədən sonra Vedat Muriçinin baş zərbəsini qapıçı dəf etsə də, kosovolu hücumçu ikinci cəhddə topu tora göndərib – 0:1.

Cəmi dörd dəqiqə sonra “Fənərbaxça” fərqi iki topa çatdırıb. Meyson Qrinvudun künc zərbəsindən sonra Arçi Braun başla dəqiq zərbə endirib.

“Lion” 61-ci dəqiqədə Malik Fofananın uzaq küncə göndərdiyi baxımlı zərbə ilə fərqi azaltsa da, sonluq meydan sahibləri üçün uğursuz olub. Fransızların son dəqiqələrdə vurduğu iki qol VAR müdaxiləsindən sonra oyundankənar vəziyyət səbəbindən ləğv edilib.

Beləliklə, “Fənərbaxça” 2:1 hesablı qələbə qazanaraq iki oyunun nəticəsinə əsasən 3:2 hesabı ilə üstün olub və Çempionlar Liqasının əsas mərhələsinə yüksəlib.

Gecənin ən böyük sürprizi isə Norveçdə yaşanıb. “Vikinq” doğma meydanda Xorvatiyanın “Dinamo Zaqreb” klubunu mübarizədən kənarlaşdıraraq 34 illik həsrətə son qoyub. Matçın 10-cu dəqiqəsində Xocanın qolu ilə hesabda geri düşən norveçlilər ruhdan düşməyib. Cəmi səkkiz dəqiqə sonra Tripiç penaltidən dəqiq yararlanaraq tarazlığı bərpa edib. İkinci hissənin əvvəlində isə “Vikinq” oyunun taleyini həll edən iki qol vurub – 3:1.

Beləliklə, “Vikinq” iki oyunun nəticəsinə əsasən Zaqreb “Dinamo”suna qalib gələrək 1992-ci ildən sonra ilk dəfə ÇL-in qrup (əsas) mərhələsinə yüksəlib.

“Slovan” da ÇL-in əsas mərhələsinə vəsiqə qazanıb. “Çele” ilə ilk oyunda heç-heçə edən Bratislava təmsilçisi cavab görüşündə də əsas vaxtı eyni hesabla başa vurub.

Mübarizənin taleyinə əlavə vaxtda aydınlıq gəlib. 100-cü dəqiqədə Kristian Martinesin vurduğu qol “Slovan”a 2:1 hesablı qələbə qazandırıb. “Çelje”nin futbolçusu Kotnik isə 119-cu dəqiqədə texniki zonada birbaşa qırmızı vərəqə alıb.

Yunanıstanın AEK klubu isə Bolqarıstanın “Levski” komandasını darmadağın edərək əsas mərhələyə yüksəlib.

İlk oyunda qolsuz heç-heçə qeydə alınsa da, Afinadakı cavab qarşılaşmasında meydan sahibləri rəqibinə heç bir şans verməyib – 4:0

Beləliklə, Çempionlar Liqasının pley-off mərhələsində son biletlər də sahiblərini tapıb. “Fənərbağça”, “Vikinq”, “Slovan” və AEK əsas mərhələdə mübarizəni davam etdirəcək.

UEFA Çempionlar Liqası. Pley-off mərhələsi (cavab oyunları)

“Viking” (Norveç) – “Dinamo Zaqreb” (Xorvatiya) 3:1

(ilk oyun – 2:2)

Tripic 18-pen., Autsbe 48, Moy 50 – Xoca 10

“Lion” (Fransa) – “Fənərbaxça” (Türkiyə) 1:2

(ilk oyun – 1:1)

Fofana 61 – Muriçi 24, Braun 28

“Çelje” (Sloveniya) – “Slovan Bratislava” (Slovakiya) 1:2

 (ilk oyun – 1:1)

Seşlar 34 – pen. – Şporar 18, K. Martines 100

AEK Afina (Yunanıstan) – “Levski Sofia” (Bolqarıstan) 4:0

 (ilk oyun – 0:0) Yoviç 7, Varqa 12, 29, Marin 55-pen.

Paylaş:

Xəbər Lenti

“Liverpul”u Kubokdan kənarlaşdırdım, Nevllə selfi çəkdirdim – indi isə “Mançester Yunayted”in Çempionlar Liqası arzusunu gözündə qoyacağam”

10.09.26 | 17:55

The Guardian: Valdas Dambrauskasın Litvadan “Mançester Yunayted”ə uzanan qeyri-adi yolu

10.09.26 | 16:14

Levandovski ilə Messinin duelində rekord qıran gecə

10.09.26 | 15:28

Flik Lamin Yamal üçün “Qızıl top” istəyir: “Heç kimdə onun sahib olduğu özəllik yoxdur”

10.09.26 | 14:19

Fransa qolundan Almaniya məktəbinə: Renat Dadaşovun “Bukovina”ya gedən çətin və maraqlı yolu

10.09.26 | 14:42

Çempionlar Liqasında günün icmalı: “Arsenal”dan dominantlıq, PSJ-dən darmadağın

10.09.26 | 03:57

“Sabah”ın qəhrəmanı Coy-Lens Mikels: Uşaqlıq arzusu və Çempionlar Liqasında ikiqat tarix

10.09.26 | 02:33

“Sabah”ın Çempionlar Liqası yolunda 10 maraqlı fakt

10.09.26 | 02:58

Dambrauskas: “Nə qədər yaxşı olduğumuzu “Mançester Yunayted”lə oyunda görəcəyik”

10.09.26 | 01:29

“Sabah”ın rəqibləri fərqli başladı: “Barselona”dan darmadağın, “Vikinq”dən məğlubiyyət

10.09.26 | 00:45

Türkiyə futbolunda tarixi təyinat: 22 yaşlı qadın kişi komandasının baş məşqçisi oldu

09.09.26 | 23:36

Zidandan Messi etirafı: “Tarixin ən yaxşısının kim olduğunu anlamayanların futboldan başı çıxmır”

09.09.26 | 22:20

Maykl Kerrikdən “Sabah” açıqlaması: “Onların necə təhlükəli olduğunu bilirik”

09.09.26 | 20:51

“Mançester Yunayted”də “Sabah” matçının hazırlıqları: Markus Reşfordun durumu necədir?

09.09.26 | 17:55

Karraqerdən şok proqnoz: “Haaland bütün rekordları qıracaq!”

09.09.26 | 16:57

“Sabah”ın rəqibi ÇL matçında şok yaşadı: 18 yaşlı ulduz xəstəxanalıq oldu

09.09.26 | 15:47

“Sabah”dan növbəti transfer: Braziliyalı hücumçu komandaya qoşuldu

09.09.26 | 12:31

Abdella Zubirin Səudiyyə Ərəbistanına transferi baş tutmayıb

09.09.26 | 12:30

Çempionlar Liqasında ilk turun ilk günü: 19 qol, dramatik oyunlar və gözlənilməz dönüşlər

09.09.26 | 02:20

“Bu, çox acınacaqlıdır”: Dünya çempionu Mbappeni “Qızıl top”a görə sərt tənqid etdi

09.09.26 | 02:13