İsrail mediası Dambrauskasdan yazdı: “Belə məşqçi ilə nadir hallarda rastlaşırıq”

25.08.26 | 16:31
Ölkə futbolu

İsrailin aparıcı idman nəşrlərindən olan Walla Sport “Sabah”ın baş məşqçisi Valdas Dambrauskasın Bakıdakı davranışını və “Hapoel” (Beer-Şeva) ilə oyun öncəsi fikirlərini diqqətə çatdırıb.

Nəşr litvalı mütəxəssisi açıq, səmimi və gülərüz insan kimi xarakterizə edib. Bildirilir ki, Dambrauskas dünən keçirdiyi mətbuat konfransından sonra jurnalistlərin məşqi izləməsinə icazə verilən 15 dəqiqə ərzində meydana çıxaraq israilli həmkarları ilə uzun müddət söhbətləşib.

Walla Sport bunu məşqçilər arasında nadir davranış kimi qiymətləndirib. Nəşr qeyd edir ki, adətən rəqib ölkədən olan jurnalistlərlə belə səmimi ünsiyyətə vaxt ayırmaq çoxlarına xas deyil. Dambrauskas isə əksinə, israilli media nümayəndələri ilə təcrübəsini bölüşüb və onların suallarını böyük maraqla cavablandırıb.

Dambrauskas söhbət zamanı Litvada yəhudi irsi ilə bağlı mühüm tarixi məkanlardan da danışıb. O, jurnalistlərə ölkəsində yəhudilik tarixi ilə bağlı xüsusi əhəmiyyət daşıyan yerləri ziyarət etməyi tövsiyə edib.

Litvalı məşqçinin İsraillə bağlı şəxsi xatirələri də var. O, bu ölkəyə iki dəfə səfər etdiyini bildirib. İlk səfəri 2011-ci ildə Litvanın “Akers” komandası ilə “Hapoel”ə (Tel-Əviv) qarşı oyuna təsadüf edib. İkinci dəfə isə çalışdırdığı Litvanın gənclər komandası ilə İsrailə gəlib.

Dambrauskas hətta “Hapoel”in iki futbolçusunu – Eliel Perets və İqor Zlatanoviçi “Sabah”da görmək istədiyini də söyləyib.

“Sabah”ın baş məşqçisi “Hapoel”in baş məşqçisi Ran Kozaçın işinə də yüksək qiymət verib. O, Beer-Şeva klubunun həm əvvəlki mərhələlərdəki, həm də ötən həftə “Sabah”a qarşı keçirdiyi oyundakı çıxışını yaxından izlədiyini bildirib.

“Mən “Hapoel”i 2017-ci ildən, onların Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə apardıqları vaxtdan izləyirəm. Artıq doqquz ildir bu klubla maraqlanıram. Ötən həftə onlara qarşı oynadıq. Ümid edirəm ki, bu dəfə oyun fərqli olacaq. Onlar ötən həftə bizə qarşı çox təsirli futbol nümayiş etdirdilər. Öz səhvlərimizi minimuma endirməliyik”, – deyə Dambrauskas bildirib.

Walla Sportun yazısından belə nəticə çıxarmaq olar ki, “Sabah”ın litvalı baş məşqçisi təkcə taktiki hazırlığı ilə deyil, rəqib ölkənin mətbuatına və mədəniyyətinə münasibəti ilə də israilli jurnalistlərdə müsbət təəssürat yaradıb. Bakıdakı cavab qarşılaşması öncəsi isə onun əsas məqsədi daha aydındır: “Hapoel”in güclü tərəflərini neytrallaşdırmaq və ilk oyundakı nəticədən sonra mərhələni “Sabah”ın xeyrinə çevirmək.

Paylaş:

Xəbər Lenti

“Sumqayıt” Burkina Faso millisindən futbolçu transfer etdi

11.09.26 | 23:04

Yuriy Vernidub: “Arxayınlaşmağa haqqımız yoxdur, buraxılan qolların qarşısı alınmalı idi”

11.09.26 | 23:19

Fərid Namazov: “2:0-dan sonra toparlanmağı bacardıq, lakin sonda real güc nisbəti sözünü dedi”

11.09.26 | 23:23

“Neftçi” son dəqiqələrdə güldü

11.09.26 | 23:06

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16