Fərid Namazov: “Rəqibin dominantlığına mane olmağa çalışdıq, lakin…”

23.08.26 | 01:04
Ölkə futbolu

Premyer Liqanın II turunda səfərdə “Zirə”yə 1:3 hesabı ilə uduzan “İmişli”nin baş məşqçisi Fərid Namazov matçdan sonra məğlubiyyətin səbəblərini açıqlayıb. Rəqibin təzyiqinə tab gətirməyə çalışdıqlarını, lakin buraxılan fərdi səhvlərin və ehtiyat skamyasındakı kadr çatışmazlığının nəticəyə təsir etdiyini bildirən mütəxəssis, gənc oyunçulardan istifadə etməyin yaratdığı risklərdən də danışıb.

Görüşün gedişatını şərh edən Namazov “Zirə”nin təzyiqinə qarşı müqavimət göstərməyə çalışdıqlarını bildirib: Bilirdik ki, ‘Zirə’ matçda dominant olmağa çalışacaq. Biz də buna mane olmağa cəhd etdik. Topu rəqibə vermək istəmirdik, lakin bunun nə dərəcədə alındığı başqa sualdır. Matç zamanı məhz təhlil etdiyimiz epizodlardan qollar buraxdıq. Fərdi səhvlərə yol verdik, amma futboldur, bunlar olur”.

Komandadakı kadr çatışmazlığına və əvəzetmələrin məhdudluğuna toxunan baş məşqçi, gənc futbolçulardan istifadə etməyin müəyyən risklər daşıdığını vurğulayıb: “Ehtiyat oyunçular skamyamızla bağlı müəyyən problemlərimiz var. Təbii ki, gənc futbolçulara şans vermək klubun əsas strategiyalarından biridir. Lakin hesabda geridə olduğumuz matçda gənclərə şans vermək müəyyən risklər yaradır. Hesab edirəm ki, yaxın vaxtlarda bu məsələni də həllini tapacağıq və problemləri aradan qaldıracağıq”.

Paylaş:

Xəbər Lenti

“Liverpul”u Kubokdan kənarlaşdırdım, Nevllə selfi çəkdirdim – indi isə “Mançester Yunayted”in Çempionlar Liqası arzusunu gözündə qoyacağam”

10.09.26 | 17:55

The Guardian: Valdas Dambrauskasın Litvadan “Mançester Yunayted”ə uzanan qeyri-adi yolu

10.09.26 | 16:14

Levandovski ilə Messinin duelində rekord qıran gecə

10.09.26 | 15:28

Flik Lamin Yamal üçün “Qızıl top” istəyir: “Heç kimdə onun sahib olduğu özəllik yoxdur”

10.09.26 | 14:19

Fransa qolundan Almaniya məktəbinə: Renat Dadaşovun “Bukovina”ya gedən çətin və maraqlı yolu

10.09.26 | 14:42

Çempionlar Liqasında günün icmalı: “Arsenal”dan dominantlıq, PSJ-dən darmadağın

10.09.26 | 03:57

“Sabah”ın qəhrəmanı Coy-Lens Mikels: Uşaqlıq arzusu və Çempionlar Liqasında ikiqat tarix

10.09.26 | 02:33

“Sabah”ın Çempionlar Liqası yolunda 10 maraqlı fakt

10.09.26 | 02:58

Dambrauskas: “Nə qədər yaxşı olduğumuzu “Mançester Yunayted”lə oyunda görəcəyik”

10.09.26 | 01:29

“Sabah”ın rəqibləri fərqli başladı: “Barselona”dan darmadağın, “Vikinq”dən məğlubiyyət

10.09.26 | 00:45

Türkiyə futbolunda tarixi təyinat: 22 yaşlı qadın kişi komandasının baş məşqçisi oldu

09.09.26 | 23:36

Zidandan Messi etirafı: “Tarixin ən yaxşısının kim olduğunu anlamayanların futboldan başı çıxmır”

09.09.26 | 22:20

Maykl Kerrikdən “Sabah” açıqlaması: “Onların necə təhlükəli olduğunu bilirik”

09.09.26 | 20:51

“Mançester Yunayted”də “Sabah” matçının hazırlıqları: Markus Reşfordun durumu necədir?

09.09.26 | 17:55

Karraqerdən şok proqnoz: “Haaland bütün rekordları qıracaq!”

09.09.26 | 16:57

“Sabah”ın rəqibi ÇL matçında şok yaşadı: 18 yaşlı ulduz xəstəxanalıq oldu

09.09.26 | 15:47

“Sabah”dan növbəti transfer: Braziliyalı hücumçu komandaya qoşuldu

09.09.26 | 12:31

Abdella Zubirin Səudiyyə Ərəbistanına transferi baş tutmayıb

09.09.26 | 12:30

Çempionlar Liqasında ilk turun ilk günü: 19 qol, dramatik oyunlar və gözlənilməz dönüşlər

09.09.26 | 02:20

“Bu, çox acınacaqlıdır”: Dünya çempionu Mbappeni “Qızıl top”a görə sərt tənqid etdi

09.09.26 | 02:13