Dünya çempionatının finalında İspaniyaya qələbə qazandıran tarixi qoldan cəmi bir ay sonra Ferran Torres yenidən manşetlərdədir. Lakin bu dəfə səbəb yalnız “Pari Sen-Jermen”ə gözlənilməz transferi deyil, həm də verdiyi iddialı müsahibələr və sosial şəbəkələrdə alovlanan tənqid dalğasıdır. “Barselona” rəhbərliyinə meydan oxuyan və öz oyununa həddindən artıq yüksek reytinq verən hücumçu, futbol ictimaiyyətinin diqqət mərkəzindədir.
Argentina ilə dramatik finalın 106-cı dəqiqəsində fərqlənən hücumçu İspaniyaya tarixində ikinci Dünya kubokunu qazandırdı. Torres həmin anı “Həyatımın ən böyük anı idi, həmin qolu dəfələrlə təkrar izlədim” sözləri ilə xatırlasa da, bir ayın przində həm diqqət mərkəzinə düşdü, həm də sosial şəbəkələrdə tənqid hədəfinə çevrildi.
Qələbədən sonra ABŞ-də mediatur təşkil edən futbolçu “Vogue” və “Men’s Health” kimi nəşrlərə müsahibələr verdi. Lakin onun bəzi fikirləri azarkeşlərin narazılığına sabəb oldu. Məsələn, videooyunda öz zərbə dəqiqliyinə 90 xal verməsi və “Barselona”dakı aktivində cəmi 41 qol olduğunu öyrənəndə təəccüblənməsi sosial şəbəkələrdə rişxəndlə qarşılandı. Azarkeşlər onun meydandakı səhvlərini əks etdirən videolar paylaşaraq futbolçunun əsl səviyyəsini xatırlatmağa başladılar.
Gələcəyi haqqında da iddialı danışan Torres, katalon klubunun rəhbərliyinə “Onlar məni komandada görmək istədiklərini sübut etməlidirlər” mesajını ünvanlamışdı. Bu sözlər azarkeşlərin səbrini daşırdı. Məşhur ispan jurnalisti Ramon Besa da hücumçunu tənqid edərək, onun əsas heyət oyunçusundan daha çox “ehtiyat qüvvə” olduğunu bildirdi. Bütün bu gərginliklərin fonunda, tarixi qoldan bir aydan da az vaxt keçmiş Ferran Torres təxminən 50 milyon avro qarşılığında “Pari Sen-Jermen”ə transfer olundu. Paris klubu ilə 2031-ci ilə qədər müqavilə imzalayan hücumçu, ötən mövsüm keçirdiyi 49 matçda 21 qol və 3 məhsuldar ötürmə ilə yadda qalmışdı. PSJ-dəki debütündən sonra o, yeni klubunu Çempionlar Liqasını qazanmaq üçün “ideal məkan” adlandırıb