Rəşad Sadıqov: “‘Şafa’ya qarşı oynamaq ‘Payde’dən daha çətin idi”

17.08.26 | 02:39
Ölkə futbolu

Avrokubokdakı gözlənilməz uğursuzluğun ardından psixoloji gərginlik yaşayan “Zirə”, daxili çempionata inamlı qələbə ilə start verməyi bacarıb. Premyer Liqasının açılış turunda debütant “Şafa”nın müqavimətini 2:0 hesabı ilə qıran “qartallar”ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra media nümayəndələri qarşısına keçərək mühüm açıqlamalar verib. Təcrübəli mütəxəssis qələbənin pərdəarxası məqamaqla yanaşı, komandasının hazırkı durumu, qol epizodlarının dəyərləndirilməsi və futboldakı yeni qaydalarla bağlı maraqlı fikirlər səsləndirib.

Matçın gərginliyindən söz açan Sadiqov, rəqib komandanın baş məşqçisi (Zaur Həşimov – red.) faktoruna xüsusi diqqət çəkib: “Oyun gərgin keçdi. Rəqibin meydana döyüşkən əhval-ruhiyyədə çıxacağını bilirdik. Avrokuboklardan sonra psixoloji cəhətdən düşkün vəziyyətdə idik. Bununla belə, ‘Zirə’ni hamıdan yaxşı tanıyan, 7 il komandamızda çalışmış bir məşqçiyə qarşı oynayırdıq və bu amil özünü meydanda hiss etdirirdi. Bütün çətinliklərə rəğmən qələbə qazanan futbolçularımı təbrik edirəm”.

Estoniyanın “Payde” klubu ilə matçda qeydə alınan reallaşdırma probleminin bu dəfə qismən həllini tapdığını deyən mütəxəssis, hər iki rəqibi müqayisə edərək maraqlı məqamlara toxunub: “‘Zirə’nin sükanı arxasında artıq 7-ci ilimi keçirirəm. İndiyədək hansısa matçda bu qədər qol epizodu yaradıb məğlub olduğumuzu xatırlamıram. Lakin ‘Payde’ ilə oyunda məhz belə bir halla üzləşdik. Təbii ki, oyunçu karyeramda da buna bənzər vəziyyətlər olub və həmin nəticəyə görə hamımız çox məyus idik. Bu gün isə hücumların tamamlanmasında daha dəqiq oynadıq. Ümid edirəm ki, qarşıdakı oyunlarda hər şey tam qaydasına düşəcək.

Səmimi etiraf edim ki, bu gün ‘Şafa’ya qarşı mübarizə aparmaq ‘Payde’ ilə matçdan daha çətin idi. Estoniyada hər 5-8 dəqiqədən bir qol fürsəti yaradırdıq, bu dəfə isə vəziyyət fərqli idi. Meydanda rəqibi üstələdiyin zaman onların əks-hücumları daha təhlükəli xarakter alır. Məhz bu səbəbdən müdafiə xəttində çox diqqətli olmalı idik”.

Baş məşqçi qolların müəllifləri – Eren Aydın və İssa Cibrillanın performansı barədə də müsbət fikirlər səsləndirib: “Eren Aydının mikrozədəsi var idi, lakin tam fədakarlıqla oynadı və gözəl qol vurdu. Burada fərqləndi, halbuki ‘Payde’ ilə matçda iki dəfə topu dirəyə vurmuşdu. İssa Cibrilla meydanda olanda uduzmamağımızla bağlı statistika da maraqlıdır, heç buna diqqət yetirməmişdim. O, ötən mövsüm az oynamışdı. Biz İssaya güvənirik, hücumları əsasən onun üzərindən qururuq. Öz üzərində çox işləyir, lakin təbii ki, qarşıdakı matçlarda rotasiyalar da olacaq”.

Kənardan hakim idarəçiliyindən narazı görünməsinə aydınlıq gətirən Sadiqov, FİFA-nın oyunda vaxt itkisinin qarşısını almaq üçün tətbiq etdiyi yenilikləri dəstəkləyib: “Xeyr, hakimlikdən narazı deyildim. Nəticəyə təsir edəcək səhvlər olmadı. Sadəcə, meydandan kənarda olanda istər-istəməz daha aqressiv olursan.FİFA-nın yeni qaydalarına gəlincə, bu, əla yenilikdir. Biz həmişə vaxt itkilərindən şikayətlənirdik. Yeganə nüans qanaxmaya görə bir dəqiqə gözləməklə bağlıdır, mənə görə bunun heç bir mənası yoxdur. Ümid edirəm ki, gələcəkdə bu məqama da yenidən diqqət yetirəcəklər”

Paylaş:

Xəbər Lenti

Dambrauskas hakimləri tənqid etdi: “Qərarları başa düşmədim”

28.11.26 | 22:53

Maksimov: “Qələbələr qazanmaq üçün heyəti gücləndirməliyik”

28.11.26 | 22:16

“Sabah”dan inamlı qələbə, “Araz-Naxçıvan” isə yenə uduzdu

28.11.26 | 21:23

Messinin “İnter Mayami”si MLS-də titulunu qoruya bilmədi

28.11.26 | 21:56

UEFA FİFA-nı İnfantinoya dəstək üçün təzyiq iddialarını araşdırmağa çağırdı

28.11.26 | 21:43

Mourinyo: “Vinisiusun ehtiyatda qalması onun problemidir, mənim yox”

28.11.26 | 20:48

Azər Məmmədov: “Ən azı bir xala layiq idik”

28.11.26 | 20:06

Berdıyev: “Oyunçularımız xarakter göstərdi”

28.11.26 | 20:07

“Turan Tovuz”dan son dəqiqə qələbəsi:  Qərb derbisində dramatik sonluq

28.11.26 | 20:59

“Turan Tovuz” – “Kəpəz” derbisi, “Sabah” “Araz-Naxçıvan”ı qəbul edir

28.11.26 | 11:19

Hakim futbolçunu yumruqladı: Kubokun finalı qalmaqalla başa çatdı

28.11.26 | 11:40

Tevesin vida matçına ulduzlar axışacaq: Messi də gəlir!

27.11.26 | 23:58

“Suonsi” futbolçusunun çılpaq fotosu qalmaqal yaratdı

27.11.26 | 23:27

Önder Özen: “Bəhanə yoxdur, davam edirik”

27.11.26 | 22:14

Yuri Vernidub: “Azarkeşlər bizi irəli aparan qüvvədir”

27.11.26 | 22:04

Rəşad Sadıqovdan Verniduba irad: “Bəzi sözləri və açıqlamaları ona yaraşdırmıram”

27.11.26 | 22:20

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46