Millimizin yarımmüdafiəçisi Anatoli Nuriyevin formasını geyindiyi “Kisvarda” klubu səfərdə “Nyiredxaza”nın qonağı olub. Gərgin keçən qarşılaşma qonaqların məğlubiyyəti ilə başa çatıb – 1:2.
Matçın 57-ci dəqiqəsində ehtiyatdan meydana daxil olan millimizin yarımmüdafiəçisi komandasını məğlubiyyətdən xilas edə bilməsə də, “Kisvarda”nın heyətində ilk qoluna imza atıb. Görüşün 82-ci dəqiqəsində rəqib qapısına yol tapan Anatoli yeni klubunda qol hesabını aşıb. Qeyd edək ki, bu qarşılaşma onun üçün yeni komandasında cəmi ikinci oyun idi.
Bu məğlubiyyətdən sonra aktivində 4 xal qalan “Kisvarda” turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.