Rumıniya çempionatında IV turun oyunları keçirilir. Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun çıxış etdiyi “Petrolul” növbəti matçında doğma azarkeşləri önündə qələbə qazanıb.
Ployeşti təmsilçisi öz meydanında “Otselul”u qəbul edib. Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı üstünlüyü ilə başa çatıb.
Millimizin 23 yaşlı mərkəz müdafiəçisi Cəlal Hüseynov da bu görüşün iştirakçısı olub. O, matçın 75-ci dəqiqəsində Serciu Hankanı əvəzləyərək meydana daxil olub və komandasının minimal üstünlüyünü sonadək qorumasına töhfə verib.
Qeyd edək ki, Cəlal Hüseynov bu yay “Petrolul”la 2 illik müqavilə imzalayaraq Rumıniya klubuna keçib. Təcrübəli stoper ötən mövsümü Bolqarıstanın “Arda” komandasında keçirmişdi.