Danimarka mediasından “Sabah” təhlili: Çempionumuz haqqında nə yazırlar?

04.08.26 | 18:25
Ölkə futbolu

Danimarkanın AGF (“Orxus”) klubu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk matçında öz meydanında Azərbaycan çempionu “Sabah”ı qəbul edəcək. Oyundan öncə Danimarka mediası rəqibini — “Sabah” yaxından təhlil edən geniş material dərc edib.

Danimarkalılar “Sabah”ı UEFA xəritəsinin ən ucqar nöqtəsi kimi dəyərləndirirlər: “Çərşənbə günü Randersdə qarşılaşacağımız rəqib Danimarkadan 3300 km aralıda, Cənubi Qafqazda yerləşən Bakı təmsilçisidir. Bu, UEFA çərçivəsində coğrafi baxımdan ən uzaq səfərimiz olacaq. “Sabah” öz ev oyunlarını Masazır qəsəbəsində yerləşən 8900 nəfərlik “Bank Respublika Arena”da keçirir”.

Media “Sabah”ın bu mövsüm Avropadakı uğurlu çıxışına və daxili arenadakı çempionluğuna xüsusi diqqət çəkib: ” ‘Sabah’ Çempionlar Liqasının ilk iki mərhələsində ‘Nyu Seynts’ (ümumi hesab 4:1) və Finlyandiyanın ‘KuPS’ (3:0) klublarını inamla keçib. Azərbaycan Premyer Liqası avqustun 14-də başlayacağı üçün onlar bütün diqqətlərini avrokuboklara yönəldiblər. 2017-ci ildə yaradılan bu gənc klub ötən mövsüm illərdir hegemonluq edən ‘Qarabağ’ı geridə qoyaraq həm çempionluğu, həm də ölkə kubokunu (“qızıl dubl”) qazanıb.”

Danimarka mətbuatı “Sabah”ın çoxmillətli heyətə sahib olduğunu və son matçda əsas heyətdə yalnız iki yerli futbolçunun yer aldığını xüsusi vurğulayır. Danimarkalıların diqqət mərkəzində saxladığı əsas fiqurlar isə üç futbolçudur: komandada keçirdiyi dörd il ərzində 143 oyuna 74 qol vuraraq əsl “qol maşını”na çevrilən alman-ruandalı hücumçu Coy-Lans Mikels, bu yay heyətə cəlb olunan və vaxtilə “Holştayn Kil”də AGF-li Maqnus Knudsenlə komanda yoldaşı olmuş Polşa millisinin sol müdafiəçisi Timoteuş Puxaç və Kiyev “Dinamo”sundan yaxşı tanıdıqları Yamayka yığmasının sürətli hücumçusu Kahim Pərris. Danimarka mediası məhz bu üçlüyü Azərbaycan çempionunun avrokuboklardakı əsas təhlükə mənbəyi kimi dəyərləndirir.

Danimarkalılar “Sabah”ın baş məşqçisi Valdas Dambrauskasın taktiki dəst-xəttini də dəyərləndiriblər:

“Keçən yaydan komandanı çalışdıran litvalı mütəxəssis vaxtilə ‘Mançester Yunayted’, ‘Fulhem’ və ‘Brentford’un gənclər sistemində təcrübə toplayıb. Xorvatiya, Yunanıstan və Bolqarıstanda işləmiş Dambrauskas müdafiədə intizamlı, eyni zamanda topa nəzarət etməyi sevən komanda formalaşdırıb”. Xatırladaq ki, cütün ilk oyunu avqustun 5-də Randers şəhərindəki “Cepheus Park” stadionunda keçiriləcək. Cavab matçı isə avqustun 11-də Bakıda baş tutacaq.

Paylaş:

Xəbər Lenti

“Liverpul”u Kubokdan kənarlaşdırdım, Nevllə selfi çəkdirdim – indi isə “Mançester Yunayted”in Çempionlar Liqası arzusunu gözündə qoyacağam”

10.09.26 | 17:55

The Guardian: Valdas Dambrauskasın Litvadan “Mançester Yunayted”ə uzanan qeyri-adi yolu

10.09.26 | 16:14

Levandovski ilə Messinin duelində rekord qıran gecə

10.09.26 | 15:28

Flik Lamin Yamal üçün “Qızıl top” istəyir: “Heç kimdə onun sahib olduğu özəllik yoxdur”

10.09.26 | 14:19

Fransa qolundan Almaniya məktəbinə: Renat Dadaşovun “Bukovina”ya gedən çətin və maraqlı yolu

10.09.26 | 14:42

Çempionlar Liqasında günün icmalı: “Arsenal”dan dominantlıq, PSJ-dən darmadağın

10.09.26 | 03:57

“Sabah”ın qəhrəmanı Coy-Lens Mikels: Uşaqlıq arzusu və Çempionlar Liqasında ikiqat tarix

10.09.26 | 02:33

“Sabah”ın Çempionlar Liqası yolunda 10 maraqlı fakt

10.09.26 | 02:58

Dambrauskas: “Nə qədər yaxşı olduğumuzu “Mançester Yunayted”lə oyunda görəcəyik”

10.09.26 | 01:29

“Sabah”ın rəqibləri fərqli başladı: “Barselona”dan darmadağın, “Vikinq”dən məğlubiyyət

10.09.26 | 00:45

Türkiyə futbolunda tarixi təyinat: 22 yaşlı qadın kişi komandasının baş məşqçisi oldu

09.09.26 | 23:36

Zidandan Messi etirafı: “Tarixin ən yaxşısının kim olduğunu anlamayanların futboldan başı çıxmır”

09.09.26 | 22:20

Maykl Kerrikdən “Sabah” açıqlaması: “Onların necə təhlükəli olduğunu bilirik”

09.09.26 | 20:51

“Mançester Yunayted”də “Sabah” matçının hazırlıqları: Markus Reşfordun durumu necədir?

09.09.26 | 17:55

Karraqerdən şok proqnoz: “Haaland bütün rekordları qıracaq!”

09.09.26 | 16:57

“Sabah”ın rəqibi ÇL matçında şok yaşadı: 18 yaşlı ulduz xəstəxanalıq oldu

09.09.26 | 15:47

“Sabah”dan növbəti transfer: Braziliyalı hücumçu komandaya qoşuldu

09.09.26 | 12:31

Abdella Zubirin Səudiyyə Ərəbistanına transferi baş tutmayıb

09.09.26 | 12:30

Çempionlar Liqasında ilk turun ilk günü: 19 qol, dramatik oyunlar və gözlənilməz dönüşlər

09.09.26 | 02:20

“Bu, çox acınacaqlıdır”: Dünya çempionu Mbappeni “Qızıl top”a görə sərt tənqid etdi

09.09.26 | 02:13