FIFA-nın İntizam Komitəsi DÇ-2026-nın İspaniya – Argentina finalında və turnirin digər oyunlarında baş verən insidentlərlə bağlı Argentina Futbol Assosiasiyasına qarşı intizam işi açıb.
Ali futbol qurumunun rəsmi açıqlamasına əsasən, araşdırma ayrı-seçkilik xarakterli şüarlar və jestlər, matçların gec başlaması, oyun protokolları və təhlükəsizlik qaydalarının pozulması, qeyri-idman xarakterli mesajların nümayişi, eləcə də azarkeşlərin meydana müxtəlif əşyalar atması ilə bağlı aparılır.
Bundan əlavə, final qarşılaşmasında yaşanan qalmaqallı epizodlara görə Argentina millisinin futbolçuları Leandro Paredes, Naauel Molina və Tyaqo Almada, həmçinin komandanın məşqçilər korpusunun üzvü Roberto Ayala barəsində də fərdi intizam icraatına başlanılıb. Molina və Paredes mümkün hücum, Molina və Almada isə qeyri-idman davranışı ilə bağlı araşdırılır.
Eyni zamanda, İspaniya millisinin yarımmüdafiəçisi Qavi də finaldakı davranışına görə qeyri-idman hərəkəti maddəsi üzrə intizam araşdırmasına cəlb olunub. FIFA intizam işləri üzrə yekun qərarın daha sonra açıqlanacağını bildirib.