Çempionlar Liqasında həlledici sınaq: “Sabah” “KuPS” səddini keçməyə hazırlaşır

27.07.26 | 17:40
Ölkə futbolu

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşündə Azərbaycan çempionu “Sabah” Finlandiyada “KuPS”un qonağı olacaq. Bakıda keçirilən ilk matçda Veljko Şimiçin qolu ilə 1:0 hesablı vacib qələbə qazanan Valdas Dambrauskasın komandası iki oyunun nəticəsinə görə adını III təsnifat mərhələsinə yazdırmaq niyyətindədir.

Sabah”ın möhtəşəm səfər seriyası: Tarixində ilk dəfə Çempionlar Liqasında mübarizə aparan “Sabah” son oyunlarda əla forma nümayiş etdirir. Ardıcıl 3 rəsmi matçda qələbə qazanan Masazır təmsilçisi səfər oyunlarında da kəsərli təsir bağışlayır. “Bayquşlar” rəsmi səfər qarşılaşmalarında keçirdiyi son 20 oyunda məğlubiyyət üzü görməyib (16 qələbə, 4 heç-heçə) və bu qarşılaşmaların son 5-də meydanı qələbə ilə tərk edib.

Ötən mövsüm Konfrans Liqasında mübarizəni III təsnifat mərhələsində dayandıran “Sabah” bu dəfə Avropa arenasında daha irəli getmək əzmindədir.

“KuPS” evində inamsız görünür: Meydan sahibləri birinci mərhələdə “Vardar”ı çətinliklə keçsələr də (ümumi hesab 4:3), daxili çempionatda (Veikkausliqa) liderliyi əldə saxlayırlar. Son turda “VPS” üzərində 3:1 hesablı qələbə qazanan Finlandiya çempionunun əsas problemi doğma meydandakı qeyri-sabit çıxışıdır. “KuPS” öz azarkeşləri önündə keçirdiyi son 5 matçın yalnız 2-də qalib gələ bilib.

Heyətlərdə son durum və ehtimal olunan onbirlik: Hər iki komanda cavab matçına ciddi zədə itkisi olmadan çıxır. “KuPS”da zədələri davam edən Samuel Pasanen və Cerri Voutilaynen yenə də heyətdən kənardadır.

                                             Ehtimal olunan heyətlər

“KuPS”: Kredl – Puukko, Maqassa, Adams, Antvi – Qask, Pennanen, Yury – Enqvall, Armah, Moreno.

“Sabah”: Pokatilov – Zedadka, Solve, Daşdəmirov, Puxaç – Lepinitsa, Rəxmonaliyev – Parris, İsayev, Şimiç – Mikels.

Matçdan gözlənti: “KuPS” çempionatdakı son qələbədən sonra psixoloji üstünlük qazansa da, “Vare Arena”dakı qeyri-sabit oyunu onların mərhələ şansını sual altına alır. Əla formada olan və intizamlı müdafiə oluna bilən “Sabah”ın cavab matçında səfər üstünlüyünü qoruyub növbəti mərhələyə vəsiqə qazanacağı gözlənilir. Oyun Bakı vaxtıyla saat 19:00-da başlayacaq.

Paylaş:

Xəbər Lenti

“Liverpul”u Kubokdan kənarlaşdırdım, Nevllə selfi çəkdirdim – indi isə “Mançester Yunayted”in Çempionlar Liqası arzusunu gözündə qoyacağam”

10.09.26 | 17:55

The Guardian: Valdas Dambrauskasın Litvadan “Mançester Yunayted”ə uzanan qeyri-adi yolu

10.09.26 | 16:14

Levandovski ilə Messinin duelində rekord qıran gecə

10.09.26 | 15:28

Flik Lamin Yamal üçün “Qızıl top” istəyir: “Heç kimdə onun sahib olduğu özəllik yoxdur”

10.09.26 | 14:19

Fransa qolundan Almaniya məktəbinə: Renat Dadaşovun “Bukovina”ya gedən çətin və maraqlı yolu

10.09.26 | 14:42

Çempionlar Liqasında günün icmalı: “Arsenal”dan dominantlıq, PSJ-dən darmadağın

10.09.26 | 03:57

“Sabah”ın qəhrəmanı Coy-Lens Mikels: Uşaqlıq arzusu və Çempionlar Liqasında ikiqat tarix

10.09.26 | 02:33

“Sabah”ın Çempionlar Liqası yolunda 10 maraqlı fakt

10.09.26 | 02:58

Dambrauskas: “Nə qədər yaxşı olduğumuzu “Mançester Yunayted”lə oyunda görəcəyik”

10.09.26 | 01:29

“Sabah”ın rəqibləri fərqli başladı: “Barselona”dan darmadağın, “Vikinq”dən məğlubiyyət

10.09.26 | 00:45

Türkiyə futbolunda tarixi təyinat: 22 yaşlı qadın kişi komandasının baş məşqçisi oldu

09.09.26 | 23:36

Zidandan Messi etirafı: “Tarixin ən yaxşısının kim olduğunu anlamayanların futboldan başı çıxmır”

09.09.26 | 22:20

Maykl Kerrikdən “Sabah” açıqlaması: “Onların necə təhlükəli olduğunu bilirik”

09.09.26 | 20:51

“Mançester Yunayted”də “Sabah” matçının hazırlıqları: Markus Reşfordun durumu necədir?

09.09.26 | 17:55

Karraqerdən şok proqnoz: “Haaland bütün rekordları qıracaq!”

09.09.26 | 16:57

“Sabah”ın rəqibi ÇL matçında şok yaşadı: 18 yaşlı ulduz xəstəxanalıq oldu

09.09.26 | 15:47

“Sabah”dan növbəti transfer: Braziliyalı hücumçu komandaya qoşuldu

09.09.26 | 12:31

Abdella Zubirin Səudiyyə Ərəbistanına transferi baş tutmayıb

09.09.26 | 12:30

Çempionlar Liqasında ilk turun ilk günü: 19 qol, dramatik oyunlar və gözlənilməz dönüşlər

09.09.26 | 02:20

“Bu, çox acınacaqlıdır”: Dünya çempionu Mbappeni “Qızıl top”a görə sərt tənqid etdi

09.09.26 | 02:13