Bakıdakı heç-heçə, Sofiyadakı hədəf: “Qarabağ” tarixi təkrarlamağa hazırlaşır

25.07.26 | 03:25
Ölkə futbolu

Futbolda vəziyyət bəzən bir anın içində dəyişir. Hristo Yanevin rəhbərlik etdiyi ÇSKA üçün Bakıda “Qarabağ”la əldə edilən heç-heçə əsl xilas yolu oldu. Hələ matçdan əvvəl bolqarıstanlı mütəxəssisi kəskin tənqid edən və onu istefaya səsləyən yerli jurnalistlər belə, oyundan sonrakı mətbuat konfransı zalına daxil olan Yanevi gur alqışlarla qarşıladılar.

Bu mənzərə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun da diqqətindən yayınmadı. Həmkarının alqışlanmasını şərh edən təcrübəli mütəxəssis Yanevin ünvanına xoş sözlər ünvanladı: “Xristo Yanev çox yaxşı məşqçidir və taktiki cəhətdən olduqca istedadlıdır. ÇSKA bu gün mükəmməl oyun nümayiş etdirdi, buna görə də baş məşqçinin alqışlanması tamamilə haqlıdır”.

Bununla belə, Qurban Qurbanov cavab oyununa daha yaxşı hazırlaşacaqlarını bildirdi: “Bir həftə sonra “Qarabağ” daha güclü olacaq və biz növbəti mərhələyə adlamaq üçün hər şeyimizi ortaya qoyacağıq”.

Bolqarıstan ictimaiyyətinin bütün diqqəti “Qarabağ”la cavab matçına yönəlsə də, daxili çempionatda “Botev”ə qarşı keçiriləcək görüş 31 qat çempionun həm mövsümdəki taleyi, həm də təmsilçimizlə dueli üçün həlledici xarakter daşıyır. 19 illik həsrətdən sonra çempionluq titulunu qaytarmaq ÇSKA-nın əsas hədəfidir. Daxili birincilikdə “Botev” üzərində qazanılacaq inamlı qələbə, “Qarabağ”la həlledici cavab qarşılaşması öncəsi komandada böyük ruh yüksəkliyi yaradacaq.

Son illər qeyri-sabit çıxışı ilə yadda qalan ÇSKA indi tarixi bir fürsətin astanasındadır. “Botev” səddini keçmək və tam dolu “Vasil Levski” stadionunda “Qarabağ”ı mübarizədən kənarlaşdırmaq Hristo Yanevin postunda tam möhkəmlənməsi demək olacaq. Bolqarlar inanırlar ki, Bakıdakı nəticə onların yeni yüksəlişinin yalnız başlanğıcıdır. Biz isə əksinə, əminik ki, “Köhlən atlılar” iki il əvvəl “Ludoqorets”lə qarşılaşmada olduğu kimi, eyni senarini bir daha təkrarlamağa qadirdir. O zaman evdəki 1:2 hesablı yenilgidən sonra Bolqarıstanda rəqibini darmadağın edərək (7:2) mərhələ adlayan təmsilçimiz bu dəfə də azarkeşlərinə böyük sevinç bəxş edəcək. Bir sözlə, sonda sevinən tərəf yenə biz olacağıq!

Paylaş:

Xəbər Lenti

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46

“Liverpul”u Kubokdan kənarlaşdırdım, Nevillə selfi çəkdirdim – indi isə “Mançester Yunayted”in Çempionlar Liqası arzusunu gözündə qoyacağam”

10.09.26 | 17:55

The Guardian: Valdas Dambrauskasın Litvadan “Mançester Yunayted”ə uzanan qeyri-adi yolu

10.09.26 | 16:14

Levandovski ilə Messinin duelində rekord qıran gecə

10.09.26 | 15:28

Flik Lamin Yamal üçün “Qızıl top” istəyir: “Heç kimdə onun sahib olduğu özəllik yoxdur”

10.09.26 | 14:19