Xristo Yanev: “Bakıdakı heç-heçə bizim üçün yaxşı nəticədir, Sofiyada fərqli ÇSKA olacaq”

24.07.26 | 01:52
Ölkə futbolu

UEFA Avropa Liqasının II təsnifat mərhələsində “Qarabağ”la səfərdə qolsuz bərabərliyə nail olan Bolqarıstanın ÇSKA klubunun baş məşqçisi Xristo Yanev matçdan sonra mətbuat konfransı keçirib. Qonaq komandanın çalışdırıcısı Bakıdakı gərgin mübarizəni, taktiki gedişləri və Sofiyadakı cavab oyunu öncəsi şansları dəyərləndirib.

Bolqarıstanlı jurnalistlərin alqışları ilə zala daxil olan Yanev, “Qarabağ” kimi təcrübəli rəqiblə səfər matçında əldə edilən bərabərliyin onlar üçün uğurlu göstərici olduğunu gizlətməyib: “Bizim üçün bu oyun həddən artıq vacib idi. ‘Qarabağ çox güclü və keyfiyyətli heyətə malik klubdur, bunu hər kəs yaxşı bilir. Ona görə də matçdan öncə vəziyyətin bizim əleyhimizə dəyişə biləcəyini düşünənlər çox idi. Səfərdəki bu bərabərlik bizim üçün həqiqətən yaxşı nəticədir. Futbolçularım meydanda böyük əzmkarlıq və motivasiya nümayiş etdirdilər”.

Oyunun gedişinə toxunan mütəxəssis, fasilədə futbolçularına verdiyi xüsusi tapşırıqlardan söz açıb: “İkinci hissədən öncə soyunub-geyinmə otağında futbolçularıma daha ehtiyatlı oynamağı tapşırdım. Qarabağ hücumda çox təhlükəli idi. Bizim əsas planımız ilk növbədə qol buraxmamaq, intizamı qorumaq və eyni zamanda fürsət düşdükcə hücumlar təşkil etmək idi. Sevindiricidir ki, tapşırıqların öhdəsindən gələ bildik”.

UEFA-nın cəzası səbəbindən Bakıda azarkeş dəstəyindən məhrum olan ÇSKA-nın çalışdırıcısı, Sofiyadakı cavab qarşılaşmasında tam fərqli bir atmosfer və oyun izləyəcəyimizi bildirib: “Cavab matçında öz azarkeşlərimizin möhtəşəm dəstəyi arxamızda olacaq. Dolan stadion və azarkeşlərimizin coşğusu komandamızı yalnız irəli aparacaq. Aydındır ki, Sofiyadakı görüşdə oyun sxemində dəyişikliklər edəcəyik. Bakıdakı matçda buraxdığımız səhvləri artıq bilirik və həmin mövqelərdə lazımi düzəlişlər aparacağıq. Cavab oyununa çox böyük ümidlərlə baxırıq və mərhələ adlayacağımıza inamımız tamdır”.

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46