İspaniya millisinin 30 yaşlı yarımmüdafiəçisi Rodri karyerasında dünya çempionluğu, UEFA Çempionlar Liqası və “Qızıl top” mükafatını qazanan tarixdə 11-ci futbolçu olub.
O, bu nailiyyətə imza atan ilk ispan futbolçu kimi də tarixə düşüb.
Bu göstəricidə rekord Braziliyaya məxsusdur. Cənubi Amerika təmsilçilərinin heyətində Rivado, Kaka və Ronaldinyo bu üç nüfuzlu titulu qazanan futbolçular sırasındadır.
Dünya çempionluğu, UEFA Çempionlar Liqası və “Qızıl top”u qazanan futbolçular bunlardır: Rodri, Lionel Messi, Usman Dembele, Rivaldo, Kaka, Ronaldinyo, Zinəddin Zidan, Paolo Rossi, Gerd Müller, Frans Bekkenbauer və Bobbi Çarlton.