Luis de la Fuente: “Məni final deyil, vertolyotla qayıtmaq həyəcanlandırır”

19.07.26 | 03:27
Dünya futbolu

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente DÇ-2026-nın Argentina ilə həlledici final matçı öncəsi mətbuat konfransı keçirib. “AS” nəşrinə istinadən xəbər veririk ki, “Qırmızı furiya”nın çalışdırıcısı qarşıdakı tarixi duel, gənc ulduz Lamin Yamalın səhhəti və rəqibin lideri Lionel Messi barədə maraqlı fikirlər səsləndirib.

Final matçının gərginliyinə baxmayaraq, təmkinli görünən ispan mütəxəssis bunları deyib: “Bizi möhtəşəm bir tamaşa gözləyir. Hər iki komandanın oxşar cəhətləri çoxdur və hər kəs oyunu öz xeyrinə dəyişməyə çalışacaq. Biz ustalıq və istedadın həlledici rol oynayacağı bir matça köklənmişik. Sözün düzü, hazırda məni ancaq geri qayıdacağımız vertolyot səfəri həyəcanlandırır, başqa heç nə. Tamamilə arxayınam. Belə bir vəziyyətdə olmaq böyük xoşbəxtlikdir və biz sadəcə bu anın dadını çıxarmaq istəyirik. Hakimlərə gəldikdə isə, biz onlara kömək etməli, onlar da öz növbəsində oyunun baxımlı olmasına diqqət yetirməlidirlər”.

De la Fuente Lamin Yamalın zədə ehtimallarına da aydınlıq gətirib: “Lamin hər zamankı kimi öz oyununu oynamalıdır. O, penalti epizodunda sərt zərbə almışdı və yüngül ağrıları var idi. Bu səbəbdən məşq etməsini məqsədəuyğun saydıq. Hazırda heç bir problemi yoxdur və fiziki forması əladır”. Baş məşqçi çıxışının sonunda Argentina millisinin kapitanı Lionel Messi ilə bağlı illər öncəyəki təbəssüm doğuran bir xatirəsini də jurnalistlərlə bölüşüb: “Sizə maraqlı bir hadisə danışım. Vaxtilə ‘Sevilya’nın gənclər komandasını çalışdırarkən “Barselona”ya qarşı oynayırdıq. Messi də onların heyətində idi. İlk olaraq ona qarşı fərdi müdafiə qurduq. Lakin 70-ci dəqiqədə onu zərərsizləşdirən oyunçumu əvəzlədim və növbəti 15 dəqiqə ərzində bizə düz dörd qol vurdular”.

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46