Çempionluq üzükləri: Dünya çempionatına Amerika sayağı yenilik

17.07.26 | 13:55
Dünya futbolu

Bu bazar keçiriləcək İspaniya – Argentina finalı təkcə meydandakı gərgin mübarizə ilə deyil, həm də tarixi bir yeniliklə yadda qalacaq. FIFA-nın qərarına əsasən, qalib komanda ənənəvi dünya kuboku ilə yanaşı, Amerika idman mədəniyyətinin ayrılmaz hissəsi olan xüsusi çempionluq üzükləri ilə də mükafatlandırılacaq.

Qeyd edək ki, 26 oyunçudan ibarət heyətin və böyük məşqçi korpusunun olduğu komandada cəmi 30 üzüyün nəzərdə tutulması, heyət üzvlərinin bir qisminin bu tarixi atributdan kənarda qalacağı ehtimalını yaradır.

Xatırladaq ki, milli himnin səsləndirilməsi və fasilədəki şou proqramla yanaşı, çempionluq üzükləri tədbirə tamamilə fərqli bir “amerikan abu-havası” qatacaq. İspaniya və Argentina arasında baş tutacaq “əbədi şöhrət” uğrundakı final matçı bazar günü saat 23:00-da start götürəcək. FIFA-nın tətbiq etdiyi bu yeniliyin detallarına əsasən, üzüklərin bir tərəfində dünya kuboku, digər tərəfində isə qalib komandanın rəmzləri əks olunacaq. Ümumilikdə 2026 ədəd üzüyün istehsalı nəzərdə tutulub ki, onlardan 30-u qalib komandanın üzvlərinə təqdim ediləcək, qalan 1996 ədədi isə azarkeşlər üçün satışa çıxarılacaq. Təqdimat mərasiminə gəldikdə isə, final oyunundan dərhal sonra hər iki komandanın kapitanlarına simvolik olaraq ilk üzüklər veriləcək, daha sonra isə qalib komandanın 30 üzvü üçün fərdi ölçülərə uyğun xüsusi dizaynlı üzüklər hazırlanacaq.

Paylaş:

Xəbər Lenti

«Paide» «Zirə» ilə matç ərəfəsində: Baş məşqçidən iddialı mesajlar

17.07.26 | 16:18

Premyer Liqada 2026/2027 mövsümünün püşkü atıldı

17.07.26 | 15:52

Ölkə Kubokunun finalının vaxtı açıqlandı

17.07.26 | 15:22

“Qarabağ”ın Avropa Liqasındakı oyunlarının vaxtı və məkanı müəyyənləşib

17.07.26 | 15:03

“Neftçi”nin Konfrans Liqasındakı oyunlarının vaxtı dəqiqləşdi

17.07.26 | 15:26

Okan Burukun tənqid etdiyi hakimə böyük etimad

17.07.26 | 15:56

Rüştü Rəçbərdən Məhəmməd Salah açıqlaması

17.07.26 | 14:30

Vinçiç göz yaşlarına hakim ola bilmədi: Mundialın finalı ona tapşırıldı

17.07.26 | 14:33

Pelenin 1958-ci il finalındakı forması hərracda rekord qırdı

17.07.26 | 14:32

Milli UEFA Millətlər Liqası öncəsi hazırlıq matçı keçirəcək

17.07.26 | 13:19

Çempionluq üzükləri: Dünya çempionatına Amerika sayağı yenilik

17.07.26 | 13:55

“Sabah”ın Çempionlar Liqasındakı oyunlarını idarə edəcək hakimlər bəlli oldu

17.07.26 | 13:46

Klublarmızdan avrokuboklarda tarixi rekord: 6 oyun, 6 qələbə

17.07.26 | 13:14

Azərbaycan Premyer Liqasında 2026/27 mövsümünün püşkatması keçiriləcək

17.07.26 | 12:01

Konfrans Liqasında növbəti mərhələnin cütlükləri

17.07.26 | 08:49

KL: Post-Sovet ölkələrindən uğurlu çıxış, “Astana”dan gözlənilməz məğlubiyyət

17.07.26 | 07:27

Avropa Liqasında sürprizsiz gecə

17.07.26 | 07:34

“Qarabağ” İslandiyada rahat qələbə ilə növbəti mərhələyə yüksəldi

17.07.26 | 02:02

Joze Mourinyodan sərt reaksiya: “Bu, biabırçı idarəçilikdir”

17.07.26 | 02:42

Messinin xanımı İngiltərə ilə matçda göz yaşlarını saxlaya bilmədi

17.07.26 | 01:09