“Düşmənimin düşməni dostumdur”: Şotlandlar İngiltərəyə qarşı oyunda niyə Argentinanı seçdi?

15.07.26 | 15:09
Dünya futbolu

“Dünya futbolunun gözü bu axşam keçiriləcək İngiltərə – Argentina super yarımfinalına dikilsə də, Şotlandiyada seçim çoxdan edilib. Sözsüz ki, rəğbət cənubi amerikalılaradır! Artıq ölkənin küçələrində və fan-zonalarında ağ-mavi bayraqlar dalğalanır. Ənənəvi kilt üzərindən Argentina forması geyinib tuluq zurnasında (volınka) ritm tutan şotland gənclərin videoları isə sosial şəbəkələrdə əsl virusa çevrilib. Bu çılğınlığın arxasında isə hər bir şotlandın dəyişməz futbol qanunu dayanır:

Lakin Şotlandiya ilə Argentina arasında sadəcə rəqibə nifrət yox, həm də illərə dayanan “müqəddəs” bağlar var. Şotlandiyalı azarkeşlər bu tarixi matç öncəsi ölkənin niyə məhz Argentinanın tərəfində durmalı olduğunu izah edən maraqlı bir bələdçi dərc ediblər: “Kimə azarkeşlik edirsən et, təki İngiltərə olmasın!'”

Şotlandların “Argentina bələdçisi” – 7 səbəb:

“Statistik olaraq, Argentina ilə yanaşı özümüzə azarkeşlik edirik”: Argentinada 100 mindən çox şotland əsilli insan yaşayır. Bu, ingilisdilli dünyadan kənarda mövcud olan ən böyük şotland diasporudur. Yəni qan çəkir!

Argentinaya futbolu şotlandlar öyrədib: 1893-cü ildə şotlandiyalı məktəb müəllimi Aleksandr Uotson Hatton Buenos-Ayresə gələrək ölkədə ilk futbol liqasının əsasını qoyub. Bir sözlə, Messi bu gün sadəcə bir şotlandın qurduğu planı meydanda mükəmməl şəkildə icra edir.

Ən gözəl qolumuzun “ev ünvanı”: Şotlandiya futbol tarixinin ən möhtəşəm qolunu (Arçi Qemillin DÇ-1978-də Niderlanda vurduğu əfsanəvi solo qol) Argentina torpaqlarında qeydə alınıb. Futbolumuzun zirvə nöqtəsinin coğrafi ünvanı Argentinadır.

Futbol Tanrısının “xaç atası” bizik: Dünya futbolunun əfsanəsi, 18 yaşlı Dieqo Maradona milli komandada ilk qolunu Qlazqoda vurub. Biz sözün əsl mənasında dahi Maradonanın xeyir-duasını verən tərəfik.

Aleksis Mak Allister amili: Onun ad-soyadına baxmaq kifayətdir, şəcərəsini araşdırmağa ehtiyac yoxdur. “Mac” (Mak) prefiksi və soyadı onun təmiz şotland köklərindən xəbər verir.

40 illik intiqam borcu: Maradona 1986-cı ildə məşhur “Tanrının əli” qolu ilə ingilisləri turnirdən qovmuşdu. Argentinanı dəstəkləmək bizim şotland olaraq futbol borcumuzdur. Artıq 40 ildir bu anın dadını çıxarırıq.

Rənglərin qardaşlığı: Argentinanın bayrağı da Şotlandiya bayrağı kimi ağ-mavidir. Başqa hansısa sübuta ehtiyac varmı?

Nəticə olaraq: Bu axşam “Mersedes-Bens” stadionunda ingilislərə qarşı təkcə Argentina millisi yox, həm də onların arxasında dayanan bütöv bir Şotlandiya olacaq!

Paylaş:

Xəbər Lenti

“Düşmənimin düşməni dostumdur”: Şotlandlar İngiltərəyə qarşı oyunda niyə Argentinanı seçdi?

15.07.26 | 15:09

DÇ-2026: FİNALIN SON BİLETİ UĞRUNDA NƏHƏNGLƏRİN SAVAŞI!

15.07.26 | 15:49

Luis de la Fuente: “Özümüzü məğlubedilməz hiss edirik”

15.07.26 | 14:52

Azər Məmmədov: “Bəzi mövqeləri gücləndirməliyik, transferlər üzərində işləyirik”

15.07.26 | 14:01

“Sabah”dan növbəti qələbə və ölkə reytinqinə vacib töhfə

15.07.26 | 13:28

“Şamaxı”dan növbəti legioner transferi

15.07.26 | 13:49

Didye Deşamdan tarixi rekord: Dünya çempionatlarında ən çox oyuna çıxan məşqçi!

15.07.26 | 13:05

İspaniya millisindən tarixi Avropa rekordu: Pley-offlarda ardıcıl 8 qələbə

15.07.26 | 12:05

Kreyq Harrison: “İlk qol planlarımızı tamamilə pozdu”

15.07.26 | 12:41

Yamal sehri: Ulduz vinger İspaniyanın talismanına çevrilib

15.07.26 | 12:26

Məğlubedilməz İspaniya: İtaliyanın 37 oyunluq tarixi rekordu təkrarladı

15.07.26 | 12:30

“Tanrının əli”ndən “Uembli” qalmaqalına: İngiltərə və Argentina arasında futbol müharibəsi

15.07.26 | 01:08

Valdas Dambrauskasdan mərhələ adlamalarına şərh: “İkinci hissə bizim üçün sadəcə rəsmiyyət xarakteri daşıyırdı”

15.07.26 | 01:09

Aydın Süleymanlı yenə Aronyanla heç-heçə etdi

15.07.26 | 00:42

İspaniya DÇ-nin finalında

15.07.26 | 00:18

“Sabah” Uelsdə də qələbə qazandı

15.07.26 | 00:53

ÇL: “Sabah”ın rəqibi məlumdur, gürcülər də tur adladı

14.07.26 | 23:01

FİDE Dünya Kubokunun reqlamentini dəyişdi: Yeni format, qısaldılmış müddət və artırılmış mükafat fondu

14.07.26 | 23:23

Harri Keyn britaniyalı jurnalistləri hədəf aldı: “İngilis mətbuatı millidə nifaq salmağa çalışır”

14.07.26 | 23:45

“Sabah” ÇL-də ikinci qələbə ilə ikinci mərhələdə

14.07.26 | 23:41