Oktyabrın 22-31-i aralığında ölkəmizdə ilk dəfə təşkil olunacaq 15 yaşadək (U-15) futbolçular arasında yeniyetmələrin dünya çempionatı və festivalı ərəfəsində beynəlxalq miqyaslı qalmaqal qopub.
Buna FİFA-nın Ukraynadakı hərbi əməliyyatlara görə beynəlxalq turnirlərdən kənarlaşdırılan Rusiya seçməsini mundiala buraxmaq qərarı səbəb olub. Qurumun bu addımı Avropada kəskin etirazla qarşılanıb.
“Politico” nəşrinin məlumatına görə, Avropa Parlamentinin 44 nümayəndəsi FİFA prezidenti Canni İnfantinoya birgə bəyanat ünvanlayaraq, Rusiyanın turnirdə iştirakı ilə bağlı qərarın ləğvini tələb ediblər. Məktubda bu sətirlərə yer verilib: “FİFA-nı sülhün tərəfində durmağa və təcavüzkar Rusiya rejiminin addımlarına göz yummamağa çağırırıq”.
Avropalı parlamentarilər xəbərdarlıq edirlər ki, Rusiyanın dünya çempionatına buraxılması digər üzv ölkələrin turniri boykot etməsinə yol aça bilər və bu, tamamilə anlaşılan mövqedir.v