Bu cütlükdə şanslar bərabər görünsə də, bukmekerlər üstünlüyü Kanadaya verirdi. Ola bilsin meydan sahibi olduqları üçün belə bir yanaşma var idi. Lakin oyun başlayan kimi komandaların həqiqətən bərabər gücdə olduğu görsəndi. İlk yarıda Cənubi Afrika Respublikası topa sahib idilər və oyuna nəzarət edirdilər. Bununla belə afrikalılar ciddi heç nə yarada bilmirdilər. Buna səbəb komandaların ehtiyatlı oynamaları idi. İkinci hissə də eyni ssenari ilə davam etdi. İkinci hissənin gedişində Kanada bir az fəallaşaraq iki dəfə təhlükəli hücum qura bildi. Amma hər iki epizodda dəqiqlik çatmadı. Səhvin baha başa gələcəyini anlayan rəqiblər mövqe və top uğrunda mübarizə aparsalar da başı alovlu hücuma atılmırdı. Artıq oyunun əlavə vaxta gedəcəyini zənn etdiyimiz bir məqamda Kanada daha bir kəsərli hücum qurdu. 2-ci uzatma dəqiqəsində müdadiəçinin başla qaytardıöı topu Euştakiu cərimə meydançası astanasından dəqiq zərbə ilə qapıya yönəltdi. Cəmi 3 dəqiqəsi qalan afrikalılar irəli atılmalı oldu. Hakim əlavə 1 dəqiqə də artırdı. Amma Kanada hesabı qorudu və tarixi qələbə ilə 1/8 finala çıxdı.
Dünya Kuboku, 1/16 final
CAR – Kanada 0:1
Los-Anceles. “Sou-Fay” stadionu.
Haki: Joau Pineyru (Portuqaliya).
CAR: Uilyams, Mudau, Okon, Mbokazi, Modiba, Mokoena, Sithoul, Maseko (Moremi, 86), Mofokenq (Mbata, 46), Apollis, Makqopa (Rayners, 86).
Kanada: Krepo, Conston, Bombito (Fujeroll, 59), Kornelius, Lareya, Byukenen (Alfonso Deyvis, 75), Saliba (Siqur, 59), Euştakiu, Millar (Şaffelburq, 70), C. Devid, Oluvaseyi (Promis Devid, 70).
Qol: Euştakiu, 90+2.
Sarı vərəqələr: Saliba, 54. Siqur, 67.