İran baş məşqçisi üsyan etdi: “Bizə qarşı münasibət dəhşətlidir”

28.06.26 | 13:15
Dünya futbolu

DÇ-2026-nın qrup mərhələsində Misirlə 1:1 hesablı heç-heçə edərək tarixi pley-off şansını qoruyan İran yığmasında sular durulmur. Sietldakı matçdan sonra baş məşqçi Əmir Qalenoinin mətbuat konfransındakı sərt bəyanatları və ulduz hücumçu Mehdi Tareminin ittihamları dünya mediasının gündəminə bomba kimi düşüb.

Turnirin təşkilatçısı olan ABŞ-ın İrana qarşı münasibətini kəskin tənqid edən baş məşqçi, FİFA prezidenti Canni İnfantinonu hərəkətə keçməyə çağırıb: “Cənab İnfantinonun problemləri azaltmağa çalışdığını bilirəm, lakin ev sahibləri bizə qarşı heç bir güzəştə getmədilər. FİFA-nı gələcəkdə ev sahiblərinin komandalarla bu cür davranmasına icazə verməməyə çağırıram. Ümid edirəm ki, dünya bundan xəbərdar olacaq”.

Qalenoi komandanın ABŞ-a erkən gəlişinə icazə verilmədiyini, Meksikanın Tixuana şəhərindəki baza ilə oyun məkanları arasındakı daimi səfərlərin futbolçuları bitkin saldığını bildirib. Baş məşqçi qarşılaşdıqları çətinlikləri bu faktlarla pərdəarxası edib: “Matçdan dərhal sonra uçuşa keçmək bərpa prosesini dözülməz edir. Hava limanından çıxıb Tixuanadakı bazaya çatmaq üçün hər dəfə təxminən 3 saat yol qət etməli oluruq. Bu, artıq üçüncü dəfədir təkrarlanır. Biz qeyri-adi heç nə istəməmişdik. Oyunlardan iki həftə, yaxud heç olmasa iki gün öncə gəlməyimizə icazə verilsəydi, komanda fiziki və psixoloji olaraq tam fərqli vəziyyətdə olardı. Biz bu ağlabatan, rasional haqlarımızdan məhrum edildik. Ölkəmizin hazırda müharibə şəraitində olduğunu da unutmamaq lazımdır. Bütün bu siyasi, psixoloji və logistik əngəllərə rəğmən, uşaqlar meydanda xarakter göstərdilər. Dünya iranlılarla və bu komanda ilə fəxr edir. Hesab edirəm ki, bizim ən böyük qələbəmiz məhz budur.”

İran futbolunun ulduzu Mehdi Taremi də baş məşqçisinin sözlərini dəstəkləyib. Cari dünya çempionatını təşkilati baxımdan “fəlakət” adlandıran təcrübəli hücumçu, “Sizcə, ABŞ və FİFA İranı turnirdən sıxışdırıb çıxarmaq istəyir?” sualına birmənalı cavab verib: “Biz hər şeyə və hər kəsə qarşı mübarizə aparmalı oluruq. Başqalarının nə düşündüyünü bilmirəm, amma bizim nöqteyi-nəzərimizdən bəli, onların tam olaraq istədiyi budur”.

Paylaş:

Xəbər Lenti

“Sabah”dan inamlı qələbə, “Araz-Naxçıvan” isə yenə uduzdu

28.11.26 | 21:23

Messinin “İnter Mayami”si MLS-də titulunu qoruya bilmədi

28.11.26 | 21:56

UEFA FİFA-nı İnfantinoya dəstək üçün təzyiq iddialarını araşdırmağa çağırdı

28.11.26 | 21:43

Mourinyo: “Vinisiusun ehtiyatda qalması onun problemidir, mənim yox”

28.11.26 | 20:48

Azər Məmmədov: “Ən azı bir xala layiq idik”

28.11.26 | 20:06

Berdıyev: “Oyunçularımız xarakter göstərdi”

28.11.26 | 20:07

“Turan Tovuz”dan son dəqiqə qələbəsi:  Qərb derbisində dramatik sonluq

28.11.26 | 20:59

“Turan Tovuz” – “Kəpəz” derbisi, “Sabah” “Araz-Naxçıvan”ı qəbul edir

28.11.26 | 11:19

Hakim futbolçunu yumruqladı: Kubokun finalı qalmaqalla başa çatdı

28.11.26 | 11:40

Tevesin vida matçına ulduzlar axışacaq: Messi də gəlir!

27.11.26 | 23:58

“Suonsi” futbolçusunun çılpaq fotosu qalmaqal yaratdı

27.11.26 | 23:27

Önder Özen: “Bəhanə yoxdur, davam edirik”

27.11.26 | 22:14

Yuri Vernidub: “Azarkeşlər bizi irəli aparan qüvvədir”

27.11.26 | 22:04

Rəşad Sadıqovdan Verniduba irad: “Bəzi sözləri və açıqlamaları ona yaraşdırmıram”

27.11.26 | 22:20

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46

Zaur Həşimov: “Komanda xarakter və böyük istək nümayiş etdirdi”

27.11.26 | 18:20

Perkons komandası tənqid etdi: “Biz sadəcə meydanda var idik”

27.11.26 | 18:00