UEFA Konfrans Liqasına hazırlıqlarını Türkiyənin Bolu şəhərində davam etdirən “Zirə” ilk yoldaşlıq oyununu keçirib. Rəşad Sadıqovun yetirmələri Özbəkistanın “Nəvbahor” klubu ilə qarşılaşıb. Matç qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb. “Qartallar”ın yeganə təsəlli qoluna Yeqor Boqomalski imza atıb.
“Zirə” (Azərbaycan) – “Nəvbahor” (Özbəkistan) – 1:3 (0:2)
Qol: Yeqor Boqomalski (1:2)