Qadın voleybolçulardan ibarət millimiz Avropa Liqasında qrup mərhələsinin sonuncu oyununa çıxıb. Baş məşqçi Faiq Qarayevin yetirmələri Şimali Makedoniyada İsveçrə seçməsi ilə qarşılaşıb. Görüş rəqibin qələbəsi ilə yekunlaşıb – 3:0 (18:25, 20:25, 22:25).
Bu nəticədən sonra yığmamız turnirdə iştirak edən 24 komanda arasında 9 xalla 12-ci pillədə qərarlaşıb. Reqlamentə əsasən, yalnız ilk 6 yeri tutan kollektivlər növbəti mərhələyə vəsiqə qazanır. Bununla da millimiz turnirdəki çıxışını başa vurub.
Qrup mərhələsinə ardıcıl 3 qələbə ilə (Estoniya 3:0, Şimali Makedoniya 3:0, İsrail 3:0) uğurlu start verən voleybolçularımız, sonrakı turlarda İsveç (0:3), İspaniya (1:3) və İsveçrəyə uduzaraq ardıcıl 3 məğlubiyyət alıblar.