“Araz-Naxçıvan” klubu baş məşqçi postuna yeni təyinatı rəsmən açıqlayıb. Naxçıvan təmsilçisinin mətbuat xidmətinin yaydığı məlumata görə, gənc mütəxəssis Cavid Hüseynovla 1 illik müqavilə imzalanıb.
Xatırladaq ki, 38 yaşlı çalışdırıcı məşqçilik karyerasında “Şamaxı”, “Səbail”, “Turan-Tovuz” və “Cəbrayıl” klublarında müxtəlif vəzifələrdə işləyib.