Dünyanı duyğulandıran göz yaşları: 40 yaşlı Vozinya İspaniyanı durdurdu!

16.06.26 | 09:45
Dünya futbolu

Şimali Amerikada start götürən DÇ-də böyük bir sürprizlə yaşanıb. Turnirin əsas favoritlərindən sayılan Avropa çempionu İspaniya, mundialın debütantı Kabo-Verde məğlub edə bilməyib (0:0). Matçın qəhrəmanı isə Portuqaliyanın ikinci liqasında çıxış edən və rəqibin bütün hücumlarının qarşısını alan 40 yaşlı qapıçı Vozinya olub.

Qocaman qapıçının bu emosional anları dünyanın aparıcı idman mediası və sosial şəbəkələrində böyük rezonans doğurub. Nüfuzlu “talkSPORT” nəşri Vozinyanın dünya çempionatındakı bu tarixi debütdə matçın ən yaxşı oyunçusu seçilməsini və final fitindən sonra göz yaşlarını gizlədə bilməməsini xüsusi işıqlandırıb. X platformasının yüz minlərlə izləyicisi olan “Out of Context Football Manager” səhifəsi isə təcrübəli qolkiperin qapısını toxunulmaz saxladıqdan sonra ağlamasına toxunaraq, “Əla, indi hamımız ağlayırıq…” şərhi ilə futbol ictimaiyyətini duyğulandırıb. Ciddi təhlillərlə yanaşı, idman mətbuatında bu tarixi uğurla bağlı maraqlı yumora da yer verilib. Zarafatla qeyd ediblər ki, göstərdiyi bu qəhrəmanlıqdan sonra 40 yaşlı qapıçıya doğma vətənində bir daha heç vaxt içki üçün pul ödəmək lazım gəlməyəcək.

Matçın ardından aparıcı statistika portalları və idman analitiklərinin təqdim etdiyi unikal göstəricilər də qeydə alınan nəticənin nə dərəcədə tarixi bir hadisə olduğunu sübut edir. Dünyaca məşhur “Sofascore” portalı Vozinyanın meydandakı möhtəşəm performansını 9.7 kimi olduqca yüksək balla qiymətləndirib ki, bu da 1966-cı ildən bəri dünya çempionatlarında iştirak edən 40 və daha yuxarı yaşlı futbolçular arasında qeydə alınan ən yüksək reytinqdir. “The Touchmine” nəşri isə təcrübəli qapıçının nağıla bənzər karyerasına işıq tutaraq xatırladıb ki, Vozinya peşəkar futbola çox gec – yalnız 25 yaşında Anqolada başlayıb. Uzun illər həvəskar səviyyədə oynadıqdan sonra 40 yaşında İspaniya kimi bir dünya nəhənginə qarşı belə bir şou göstərməsi sonsuz əzmkarlığın ən bariz nümunəsidir.

Digər unikal bir rekordu isə “TruMedia Sports”un analitiki Pol Karr diqqətə çatdırıb. Onun rəsmi məlumatına görə, Kabo Verde millisi matç boyu rəqibin hücum zonasında cəmi 26 dəfə topa toxunaraq, 1966-cı ildən bəri mundiallar tarixinin ən aşağı göstəricisini qeydə alıb. Hücumda demək olar ki, varlıq göstərə bilməyən komandanın qapısını təkbaşına qoruyan Vozinya isə oyun ərzində düz 68 dəfə topa toxunub. Bununla da qocaman qolkiper, 1998-ci il dünya çempionatında xorvatiyalı Drajen Ladiçin göstərdiyi bənzər nəticədən sonra, mundiallar tarixində əsas vaxtda topa ən çox toxunan qapıçı kimi adını futbol tarixinə qızıl hərflərlə yazdırıb.

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46