İdman Arbitraj Məhkəməsi (CAS) “Turan-Tovuz”un UEFA-nın qərarından etdiyi apellyasiya şikayəti ilə bağlı yekun hökmünü açıqlayıb. Qərb təmsilçisinin Konfrans Liqasının təsnifat mərhələsində iştirakına qoyulan qadağa ilə bağlı müraciəti rədd edilib.
CAS UEFA-nın ilkin qərarını qüvvədə saxlayıb. Beləliklə, Tovuz klubu bu mövsüm avrokuboklardan kənarda qalacaq.
Xatırladaq ki, UEFA bu sərt addımı “Turan Tovuz”un 7 futbolçusunun 2019-cu ildə danışılmış oyunlarda kütləvi şəkildə iştirak etməsi səbəbindən atmışdı. Keçmişin bu qara ləkəsi klubun cari mövsümdəki avrokubok xəyallarına son qoyub.