Aldanmış Kəvakib

16.06.26 | 14:01
Ölkə futbolu

“Turan-Tovuz” haqqında UEFA-nın çoxdan məlum olan hökmü axır ki, birdəfəlik səsləndi. “Turan-Tovuz” Avropa klub yarışlarına buraxılmayacaq. Onun əvəzinə Konfrans Liqasında “Zirə” çıxış edəcək. Bu da taleyin başqa bir oyunudur. Vaxtilə “Turan-Tovuz”un rəhbəri Ehtiram Quliyevin emosiyalarını cilovlaya bilməyərək dini məzhəb mənsubiyyətinə eyham vuranda heç ağlına da gəlməzdi ki, çərxi-fələk ona belə bir sürpriz hazırlayıb. Günahkar isə nə “oturaraq su içənlərdir”, nə də çərxi-fələk. Ehtiram Quliyev mövsümün əvvəlində qollarını çırmalayaraq həvəslə Tovuz klubunun şturvalının arxasına keçəndə və pullarını sağa-sola xərcləyəndə heç ağlına da gəlməzdi ki, “həyatının missiyası” üçün qoyduğu sərmayə və çəkdiyi əziyyət elə “İmişli”, “Karvan”, “Şamaxı” ilə ölkə daxilində yarışmaq üçündür. Ehtiram müəllimin düşdüyü duruma baxanda Mirzə Fətəli Axundovun “Aldanmış Kəvakib” hekayəsi yadıma düşür. Və “Tovuzlu Kəvakib”i aldadan da elə Yusif Sərrac kimi öz ətrafı oldu. Daha doğrusu, Ehtiram Quliyev yaratdığı hay-küy emosiyaları ciddi və peşəkar işi unudub özlərini daha çox azarkeş kimi aparırdılar. Yaranmış vəziyyətin tək məsuliyyəti klub nümayəndələri, xüsusən də hüquqi, prosedura məsələlərinə cavabdeh olanlardır ki, təhvil-təslim zamanı səriştəsizlik nümayiş etdirmişlər. Psixologiya elmi təsdiq edir ki, uğursuzluğa görə özündən başqa hər kəsi qınayan şəxs zəif insandır. Ehtiram Quliyev işində kifayət qədər uğur qazanmış insandır və “Turan-Tovuz”u bu qədər fasilədən sonra yenidən Avropaya daşıması da onun bacarıqlı olmasından xəbər verir. Elə bu səbəbdəndir ki, bəzi azarkeş və media mənsubu kimi günahkar ovuna çıxmır. Gəmidə fəsad varsa kapitan günahkardır. Təəssüf doğuran tək məsələ isə Tovuz azarkeşlərinin bu gedişata layiq olmamasıdır. Tovuz Azərbaycanın 2-3 futbol beşiyindən biridir və bu bölgə əsl futbol bayramına layiq idi. Təəssüflər olsun ki, səriştəsiz iş Ehtiram Quliyevi və Tovuz azarkeşlərini bayramdan elədi. Əgər məsələ klubun təhvil-təslimi zamanı bilinsə idi, o zamandan hüquqi proseslər başlasaydı, bəlkə də “Turan” bu gün püşkatmanı gözləyirdi. Xoşbəxtlikdən Quliyevi Yusif Sərracın taleyi gözləmir. Başqan özündə güc tapıb yeni mövsümə hazırlaşa bilər. Hərgah ətrafına yığdığı klub rəsmiləri ona yeni sürprizlər hazırlamayıblarsa.

Paylaş:

Xəbər Lenti

Çempionlar Liqasında püşk atıldı: “Sabah” Uels klubu ilə qatşılaşacaq

16.06.26 | 18:02

Messinin DÇ-2026-dakı “təvazökar” sığınacağı: BILD Argentina düşərgəsinin sirlərini açır

16.06.26 | 17:58

Memonun vida göz yaşları: “Milli komandasız bir karyera təsəvvür edə bilmirəm”

16.06.26 | 17:28

İspanlar çıxılmaz vəziyyətdə: “Bu, tarixi bir uğursuzluqdur!”

16.06.26 | 17:06

Koreya millisində media böhranı: Jurnalistlərin ehtiyatsızlığı komandanı ayağa qaldırdı

16.06.26 | 17:12

“Araz-Naxçıvan” Cavid Hüseynova tapşırıldı

16.06.26 | 16:59

Yubilyar haqqında düşüncələr

16.06.26 | 16:34

Aldanmış Kəvakib

16.06.26 | 14:01

Sabri Lamuşi mundial tarixinə düşdü: Cəmi bir oyundan sonra..

16.06.26 | 11:48

“Bavariya”nın əfsanəsi Mehmet Şollun evinə basqın olub

16.06.26 | 11:39

“Sabah” Patrik Mbinanın transfer hüquqlarına sahib oldu

16.06.26 | 11:50

Qismət Alıyev gələcək karyerası ilə bağlı yekun qərarını verdi

16.06.26 | 11:53

Konfrans Liqası: “Zirə”nin ilk rəqibi bu gün bəlli olacaq

16.06.26 | 11:58

Çempionlar Liqası: “Sabah”ın turnirdəki ilk rəqibi bəlli olur

16.06.26 | 10:52

Bu gün “Qarabağ”ın Avropa Liqasındakı rəqi bəlli olacaq

16.06.26 | 10:16

“Turan Tovuz”un avrokubok qapısı rəsmən bağlandı

16.06.26 | 10:32

Tunis yığmasında “oğul qalmaqalı” və dərin böhran

16.06.26 | 09:48

Dünyanı duyğulandıran göz yaşları: 40 yaşlı Vozinya İspaniyanı durdurdu!

16.06.26 | 09:45

İspaniyanın baş məşqçisi: “Top qapıya getmək istəmirsə, getmir”

16.06.26 | 09:10

Çeferinin DÇ-2026 tənqidi etiraz doğurdu: “Futbol seçilmişlərə məxsus deyil”

16.06.26 | 09:07