Cəmi 530 min əhalisi olan və dünya çempionatında debüt edən Kabo-Verde turnirin əsas favoriti İspaniyadan xal qoparmaqla (0:0) sensasiyaya imza atıb.
Matçdan sonra rəqibin sıx müdafiə variantını yarmaqda çətinlik çəkdiklərini etiraf edən İspaniya yığmasınım baş məşqçisi Luis de la Fuente, oyunun nəticəsini belə şərh edib: “Oyun planımıza sadiq qalmalı idik. Çoxlu qol epizodları yaratsaq da, son nöqtəni qoymağı bacarmadıq. Rəqib olduqca mütəşəkkil komandadır, əla müdafiə olunurdular. Bu səbəbdən meydanda boş zonalar tapmaq bizim üçün son dərəcə çətin oldu”.
Baş məşqçi uğursuzluğun əsas səbəbləri kimi komandadakı yorğunluğu və kollektiv anlaşma zəif olduğunu göstərib: “ Meydanda həm komanda oyunu, həm də dinamiklik baxımından bir az axsayırdıq. Amma bəzən top qapıya getmək istəmirsə, getmir. Zərbələrimiz, real şanslarımız və matçın taleyini erkən həll etmək üçün böyük istəyimiz var idi. Biz bilirik ki, bu səviyyədə asan oyun yoxdur və hər bir qələbə böyük güc tələb edir”.