“Karvan-Yevlax”da kütləvi ayrılıq: Bütün legionerlər gedir

05.06.26 | 14:15
Ölkə futbolu

Yevlaxın “Karvan” yeni mövsüm öncəsi heyətində köklü dəyişikliklərə start verib. Bölgə təmsilçisi komandadakı bütün əcnəbi futbolçularla yollarını ayırır. Bu barədə klubun icraçı direktoru Elvin Əjdərli rəsmi açıqlama verib.

Klub rəsmisi artıq bir neçə oyunçu ilə rəsmi vidalaşdıqlarını, digərlərinin isə növbəti mövsüm komandada olmayacağını diqqətə çatdırıb: “Bildiyiniz kimi, Kayl Spens, Pedro Mateuş və Qavi Tompson rəsmi olaraq komandadan ayrılıblar. Bundan əlavə, Coy-Slayd Mikels, Şaqil Sno, Peter Kinqs, Olavale Doyeni və icarə müddəti başa çatan İmani Barker də növbəti mövsüm bizimlə olmayacaqlar. Bununla da komandadakı bütün legionerlərlə yollarımızı tamamilə ayırırıq”.

Elvin Əjdərli yerli oyunçuların statusu və baş məşqçi seçimi barədə də danışıb. Onun sözlərinə görə, yerli kadrlarla bağlı planlar fərqlidir. Onun sözlərinə görə, hazırda komandadakı yerli oyunçuların müqavilə müddəti başa çatıb, lakin klub rəhbərliyi yaxın günlərdə onlarla yenidən danışıqlar masasına oturmağı və yeni sözləşmələr imzalamağı planlaşdırır.

Baş məşqçi məsələsinə gəlincə, komandanın sükanı arxasına kimin keçəcəyi hələlik dəqiqləşməyib. Klub rəsmisi bu məsələnin hazırda rəhbərlik səviyyəsində geniş formada müzakirə olunduğunu bildirib.

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46