Cessi Sekidika “Sabah”la vidalaşdı: “Qazandığım üç titulla qürur duyuram”

01.06.26 | 21:51
Ölkə futbolu

“Sabah”la yollarını ayıran nigeriyalı hücumçu Cessi Sekidika “Instagram” səhifəsində azarkeşlərə və kluba vida mesajı ünvanlayıb.

Paytaxt təmsilçisindəki üç illik fəaliyyətini yüksək qiymətləndirən 29 yaşlı forvard duyğularını belə ifadə edib: Sabahdakı hekayəmin sonuna çatdıqBura böyük ümidlər və ambisiyalarla gəlmişdim. Bu gün isə qəlbim minnətdarlıq hissi və heç vaxt silinməyəcək xatirələrlə doludur. Biz birlikdə inanılmaz anlar yaşadıq, çətin sınaqlardan keçdik və klub tarixinə düşən uğurlara imza atdıq. Qazandığım üç titulla qürur duyuram, lakin mənim üçün ən böyük dəyər burada qazandığım dostluqlar və səmimi münasibətlərdir”.

Sekidika klubun heyətinə, məşqçilər korpusuna və azarkeşlərə xüsusi təşəkkürünü bildirib: “Komanda yoldaşlarıma, məşqçilərimə, klub rəhbərliyinə və bu yolda əməyi keçən hər kəsə təşəkkür edirəm. İlk gündən mənə sevgi və dəstək göstərən azarkeşlərə xüsusi minnətdaram. “Sabah” tarixinin bir hissəsi olmaq mənim üçün böyük şərəf idi. Kluba gələcək fəaliyyətində uğurlar arzulayıram. Hər şey üçün təşəkkürlər, “Sabah”!”

Qeyd edək ki, Cessi Sekidika “Sabah”da keçirdiyi üç mövsümdə komandanın hücum xəttindəki əsas fiqurlardan biri olub.

Paylaş:

Xəbər Lenti

“Sumqayıt” Burkina Faso millisindən futbolçu transfer etdi

11.09.26 | 23:04

Yuriy Vernidub: “Arxayınlaşmağa haqqımız yoxdur, buraxılan qolların qarşısı alınmalı idi”

11.09.26 | 23:19

Fərid Namazov: “2:0-dan sonra toparlanmağı bacardıq, lakin sonda real güc nisbəti sözünü dedi”

11.09.26 | 23:23

“Neftçi” son dəqiqələrdə güldü

11.09.26 | 23:06

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16