Naxçıvan təmsilçisi «Araz-Naxçıvan» yeni mövsümə hazırlıq çərçivəsində heyətin formalaşdırılması prosesini davam etdirir. Klubun mətbuat xidmətinin məlumata görə, müdafiəçilər Slavik Alxasov və Ömər Buludovla müqavilənin müddəti daha bir mövsüm artırılıb.
Naxçıvan klubu bundan əvvəl qapıçı Tarlan Əhmədli ilə də yeni əməkdaşlıq müqaviləsi imzalamışdı.
Maraqlı məqamlardan biri Slavik Alxasovun adı ilə bağlıdır. Belə ki, təcrübəli müdafiəçinin «Şəfa» klubu ilə danışıqlar apardığı bildirilsə də, o, sonda «Araz-Naxçıvan»da qalmaq qərarına gəlib.