Azərbaycan Premyer Liqasının təmsilçisi “Şamaxı” heyətdə növbəti vidalaşmanı rəsmiləşdirib.
Klubun rəsmi saytına istinadən xəbər veririk ki, şamaxılılar ukraynalı müdafiəçi Vladislav Veremeyevlə yollarını ayırıb.
Tərəflər arasında imzalanmış müqavilənin müddəti başa çatdığı üçün sözləşmənin yenilənməməsi qərara alınıb.
Qeyd edək ki, mövsümün başa çatması ilə “Şamaxı” düşərgəsində ayrılan futbolçuların sayı artıq 12-yə çatıb.