Braziliya DÇ üçün heyəti açıqladı: Zədəli ulduz mundiala gedir

19.05.26 | 18:39
Dünya futbolu

Braziliya millisinin yayda start götürəcək dünya çempionatı üçün yekun heyəti bəlli olub. Turnir öncəsi əsas müzakirə mövzusu olan Neymarın komandada yer alıb-almayacağı məsələsinə nöqtə qoyulub.

“Sambaçılar”ın baş məşqçisi Karlo Ançelotti rəsmi mətbuat konfransında heyəti açıqlayarkən hər kəsin diqqəti kapitanın verəcəyi qərarda idi. Təcrübəli mütəxəssis Neymarın adını çəkəndə zalda gurultulu alqışlar qopub.

Ötən il Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubundan ayrılaraq vətəninə – “Santos”a qayıdan Neymar, payız və qış aylarında ağır zədələrlə mübarizə aparmalı olub. O, yaşıl meydanlara döndükdən sonra çempionatda forma geyidiyi 8 oyunda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Heyətdə Vinisius Junior və Rafinya kimi ulduzların olmasına baxmayaraq, Ançelotti təcrübəli hücumçuya güvənib. Bu, Neymarın karyerasında dördüncü nundial olacaq.

Braziliya millisində ciddi zədə itkiləri də diqqət çəkir. Gözlənildiyi kimi, müalicəsi davam edən Eder Militao, Rodriqo, Joelinton, Estevao və Murilyo heyətdən kənarda qalıblar. “Çelsi”nin hücumçusu Joao Pedronun siyahıya daxil edilməməsi isə heyətdəki ən böyük sürpriz sayılır. Komandada yerli liqadan da bir neçə oyunçuya şans verilib.

“Selesao”  mundial yürüşünə iyunun 14-də Mərakeşə qarşı keçiriləcək matçla başlayacaq.

Braziliya millisinin heyəti:

Qapıçılar: Alisson (“Liverpul”), Ederson (“Mançester Siti”), Veverton (“Palmeyras”).

Müdafiəçilər: Aleks Sandro, Bremer, Danilo (hər üçü “Yuventus”), Duqlas Santos (“Zenit”), Qabriel Maqalaynş (“Arsenal”), İbanyes (“Əl-Əhli”), Leo Pereyra (“Flamenqo”), Markinyos (PSJ”), Uesli (“Flamenqo”).

Yarımmüdafiəçilər: Bruno Qimaraeş (“Nyukasl”), Kazemiro (“Mançester Yunayted”), Danilo S., Fabinyo (“Əl-Ittihad”), Lukas Paketa (“Vest Hem”).

Hücumçular: Neymar (“Santos”), Vinisius Junior (“Real”), İqor Tyaqo (“Brentford”), Endrik (“Real”), Qabriel Martinelli (“Arsenal”), Luis Enrike (“Botufoqo”), Mateus Kunya (“Vulverhempton”), Rafinya (“Barselona”), Rayan (“Vasko da Qama”).

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46